YULİYA TİMOŞENKO BLOKUNUN DEPUTATI QULDUR BASQININA GÖRƏ SAXLANILMIŞDIR
30 yaşlı deputat YTB-yə daxil olan “Batkivşşina” (“Vətən”) partiyasının üzvüdür. O, bir dəstə cinayətkar ilə birlikdə 2000-ci il dekabrın 5-də “Tisa-Trans” MMC-yə məxsus “MAN” avtomobilinin sürücüsünə quldurcasına basqın etməkdə şübhəli bilinir. Quldur dəstəsinin maska taxmış 4 üzvü odlu və soyuq silahdan, habelə əl qandalından istifadə etməklə sürücüyə ağır bədən xəsarəti yetirmiş, avtomobili və onun yükünü ələ keçirmişdir.
Quldurların 3-ü elə hadisə yerindəcə yaxalanmışdır. Dördüncünün aradan çıxan və o vaxtdan bəri beynəlxalq axtarışda sayılan həmin deputat olduğu təxmin edilir. O, Çerkassının Pridneprovsk rayon sovetinə YTB-nın siyahısı üzrə bu il martın 26-da seçilmişdir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]