Yunanıstanda qəzaya uğrayan təyyarənin pilotları həlak olub
Bakı, 25 iyul, AZƏRTAC
Yunanıstanın Euboea adasında yanğınlarla mübarizə apararkən qəzaya uğrayan təyyarənin hər iki pilotu həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Yunanıstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Milli müdafiə naziri Nikos Dendiasın qərarı ilə silahlı qüvvələrdə Euboea adasında fəaliyyət göstərən CL-215 yanğınsöndürən təyyarəsinin pilotları olan Hərbi Hava Qüvvələrinin iki zabitinin vəfatı ilə əlaqədar üçgünlük matəm elan edilib", - deyə nazirliyin məlumatında bildirilib.
Xatırladaq ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis parlamentdə çıxışı zamanı ölkənin təbiət yanğınları ilə müharibə vəziyyətində olduğunu vurğulayıb. Avropa İttifaqının bəzi ölkələri və Türkiyə yanğınlarla mübarizədə Yunanıstana yardım edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]