Zaqatalada ağacların kəsilməsi ilə bağlı şikayət təsdiqini tapmamışdır
Bakı, 11 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində qoz və şabalıd ağaclarının kəsilməsi ilə bağlı aprelin 2-də daxil olmuş şikayəti araşdırmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı şikayətin qərəzli xarakter daşıdığı məlum olmuşdur. Şikayətdə göstərilən çoxlu sayda ağacların kəsilməsi faktı təsdiqini tapmamışdır.
Qoruğun əməkdaşları martın 15-də, yəni şikayətdən əvvəl əraziyə baxış keçirən zamanı bir qoz ağacının naməlum şəxslər tərəfindən kəsildiyini, qurumuş və küləyin təsirindən aşmış digər ağacın isə doğrandığıni müəyyən etmişlər. Bununla əlaqədar martın 16-da əraziyə cavabdeh olan mühafizə yegerinə akt tərtib olunmuş və barəsində intizam tənbeh tədbiri görülmüşdür. Qurumuş qoz ağacının doğranmış oduncaq hissələri yerində qaldığından qorunması üçün mühafizə yegerinə təhvil verilmişdir.
Şikayətdə qeyd olunan şabalıd ağacları isə bir neçə il əvvəl ərazi qoruğun balansına verilənədək kəsilmişdir. Həmin ağacların doğranmış oduncaq hissələri də yerində qaldığından mühafizəsi yegerə tapşırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]