Zaqatalada azyaşlı yük avtomobilinin altında qalıb
Zaqatala, 16 iyun, AZƏRTAC
İyunun 16-da axşam radələrində Zaqatalanın Muxax kəndi ərazisində azyaşlının yük avtomobilinin altında qalması ilə bağlı hadisə baş verib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hadisə nəticəsində Muxax kənd sakini, 5 yaşlı Elman Sulxayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Təcili Tibbi Yardım bölməsinə daxil olub. İlkin araşdırmalarla azyaşlının “Kamaz” markalı yük avtomobilinin altında qaldığı məlum olub.
Elman Sulxayevə ilkin tibbi yardım göstəriləndən sonra o, xəstəxananın cərrahiyyə şöbəsinə yönləndirilsə də, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
- 28.09.2026 [20:02]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [18:45]
Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO
- 28.09.2026 [18:31]
MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb
- 28.09.2026 [16:56]