ZAQATALADA TİKİNTİ İŞLƏRİNİN HƏCMİ ARTMIŞDIR
Bundan əlavə, cari ilin birinci yarısında rayonda əhalinin şəxsi vəsaiti ilə ümumi dəyəri 351 min manat olan 44 fərdi ev də tikilib istifadəyə verilmişdir.
Hazırda rayon mərkəzində müasir tipli müalicə-diaqnostika mərkəzinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 mənzilli binanın, mərkəzi stadionun, 360 yerlik məktəb binasının, humanitar fənlər gimnaziyası üçün 200 yerlik əlavə korpusun, Muxax çayı üzərində körpünün, habelə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Qandax kəndində 240 yerlik yeni məktəb binasının tikintisi sürətlə davam etdirilir.