Zaqatalada yolu keçən 44 yaşlı qadını avtomobil vurub
Zaqatala, 11 aprel, AZƏRTAC
Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
“VAZ 21099” markalı minik avtomobili yolu keçmək istəyən 44 yaşlı şəhər sakini Vəfa Mustafayevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [15:32]