“Zirə” növbəti transferini həyata keçirib
Bakı, 23 iyul, AZƏRTAC
“Zirə” futbol klubu yay fasiləsində daha bir futbolçunu heyətinə qatıb.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi “Keşlə”dən ayrılan Pərdis Fərcad-Azadla heyətini gücləndirib. Otuz yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.
Pərdis Fərcad-Azad hazırda Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir.
Qeyd edək ki, Almaniyada doğulan Pərdis Fərcad-Azad 2013-cü ildən dəvət aldığı Azərbaycan millisində altı oyun keçirib. Yığmanın son matçlarına dəvət almayan forvard karyerası ərzində Almaniyanın “Karl Tseyss”, “Plauen”, “Berliner”, eləcə də “Sumqayıt” və “Keşlə”nin formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]