SİYASƏT
Florans Elomo Akoa: Ermənilərin Xocalı qurbanlarına həsr edilən xatirə gecəsini pozmaq cəhdləri qəbuledilməzdir VİDEO
Paris, 27 fevral, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin Parisdə Sen-Östaş kilsəsində birgə təşkilat etdikləri, Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilən anım tədbirinə bir qrup erməni mane olmağa cəhd göstərib, lakin buna nail ola bilməyib.
Bu hadisə tədbir iştirakçıları tərəfindən kəskin şəkildə qınanılıb.
Tədbirdə iştirak edən Florans Elomo Akoa AZƏRTAC-a müsahibəsində deyib ki, bir qrup erməninin vəhşicəsinə kilsəyə soxularaq Xocalı qurbanlarının xatirə gecəsini pozmağa çalışmaları qəbuledilməzdir. Hansı ölkədə olmasına baxmayaraq, bütün qurbanların xatirəsi yad edilməli və daim xatırlanmalıdır. Ermənilərin kilsədə etdiyi bu hərəkətlər oradakı insanları şoka saldı. Günahsız insanların - qadınların, uşaqların, qocaların qətlə yetirilməsi dözülməzdir. Bu qəlbimizi ağrıdır. Xocalıda əzaba, işgəncəyə məruz qalmış dinc insanların xatirəsi daim yad edilməlidir. Heç kim buna mane ola bilməz.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris