Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir görüş yaxşıdır yüz ayrılıqdan... VİDEO

Oktyabrın 12-də Əməkdar artist Yaqub Zurufçu Bakıda geniş konsert proqramı ilə çıxış edəcək

Bakı, 4 oktyabr, Abdulla Suvar, AZƏRTAC

Ayrılığın sonu yoxdur, - deyirlər. Amma bu, belədirmi? Bəs vüsalın sonu ayrılıq, ayrılığın sonu vüsal deyilmi?

“Ayrılıq” mahnısının ifaçısı Yaqub Zurufçu ilə görüşə gedəndə bu fikirlərlə baş-başa qalmışdım. Onunla heç də uzaqlarda deyil, doğma Bakıda görüşdük. İfaçı on illik fasilədən sonra yeni konsert proqramı ilə paytaxtımıza gəlib. O, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə ciddi məşq edir.

AZƏRTAC-ın müxbiri ilə söhbətə körpünü də məhz Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu özü saldı: “Oktyabrın 12-də Heydər Əliyev Sarayında solo-konsert proqramında repertuarda əsas yeri xalq və bəstəkar mahnıları tutacaq. Çox vaxt xaricdə olduğumdan Bakıda uzun müddət qala bilmirəm. Ona görə də konsertə rahat vaxt ayırmaq imkanım olmur. Amma bu dəfə qərara gəldim ki, Bakıda konsert verim. Axırıncı dəfə on il əvvəl Filarmoniyada konsert vermişəm”.

Bakıda konsert salonlarının tərtibatının çox müasir olduğunu, dünya səviyyəsində qurulduğunu söyləyən ifaçının sözlərinə görə, onun konsertini səbirsizliklə gözləyənlərin sayı xeyli artıb: “Son illər qurulan salonlar ən müasir tələblərə cavab verir. Belə quruluş, belə tərtibat və akustika sənət adamına zövq verir. Məni konsert verməyə ilhamlandıran həm də elə bunlar oldu. Konsert bir gün olacaq, əgər yaxşı keçsə, anşlaq yaransa, əlbəttə ki, daha bir gün çıxış edəcəyəm”.

Təbii ki, müğənninin repertuarında xüsusi yer alan “Ayrılıq” mahnısı haqqında onun özündən eşitmək maraqlı olardı. Azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi həmin mahnının məşhur ifaçısı dedi: “1989-cu ildə mən Almaniyada yaşayanda Azərbaycanın Xalq artisti Gülağa Məmmədov həmin ölkəyə gəlmişdi. Huşəng adlı cənublu bir dostumuz zəng elədi ki, Gülağa Məmmədov buradadır, sənin “Ayrılıq” mahnının klipinə baxıb, çox bəyənib. Telefonda Gülağa müəllimlə danışdım, dedi sən bu “Ayrılığ”ı necə gözəl oxumusan! Özü də çox zildən oxumusan. Bəyəndi. Elə həmin gecə görüşmək üçün Gülağa müəllimin olduğu şəhərə getdim. Səhərə qədər oturub söhbət elədik. Sonra da Gülağa müəllim mənim klipimi Azərbaycan televiziyasında verdi. Klip demək olar hər gün televiziyada səslənirdi. Mən həmin mahnını oxuyanda cəmi 18 yaşım vardı. Onda heç musiqi təhsilim də yox idi. Lakin, necə deyərlər, sən saydığını say... İnsanlar həmin mahnını sevdi və Azadlıq hərəkatının başlanğıcında bir simvola çevrildi. Gülağa Məmmədovun dəvəti ilə Azərbaycana gəldim. İllərdir həsrətində olduğum Vətən mənə qucaq açdı. Bu, həmin illərə təsadüf edirdi ki, Azərbaycan xalqı böyük bir imperiya ilə azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmışdı. “Ayrılıq” mahnısı milli-mənəvi dirçəlişə təkan verdi. Əvvəlcə “Respublika” sarayında 15 gün konsert verdim. Konsert olmayan günlərdə də meydana gəlir və mitinq iştirakçılarına qoşulurdum. Yaxşı ki, xalqın azadlıq arzusu həyata keçdi və Azərbaycan öz müstəqilliyinə qovuşdu”.

Yaqub Zurufçu “Ayrılıq” mahnısının çoxsaylı ifaçıları barədə də danışıb: “Mahnı çox ifaçıların repertuarında yer alıb. Ancaq onların içərisində daha çox görkəmli müğənni Rəşid Behbudovun ifası könlümə yatıb. Flora Kərimovanın da “Ayrılığ”ını bəyənmişəm. Bir də məşhur türk müğənnisi Zəki Mürən də mahnını çox ürəklə oxuyub”.

Yaqub Zurufçu Azərbaycanın vətəndaşı olduğundan qürur duyduğunu söyləyib. “Mən Amerika, Almaniya və Kanada vətəndaşı da olmuşam. Lakin Azərbaycan vətəndaşı olmaq mənim üçün hər şeydən üstündür”.

O, söhbət əsnasında atasının Azərbaycan həsrətindən danışıb: “Müharibədən sonra orada iş tapmadığından Bakıya gəlmişdi. Təbrizə qayıdandan sonra səhərlər radio dalğalarında Bakını tutub mahnılara qulaq asır, dinlədikcə kövrəlirdi. Bakıdan geri qayıtdığına çox təəssüflənirdi. Mən radioda səslənən Azərbaycan mahnılarının sözlərini yazıb götürür, sonra oxuyurdum. Atam bir gün dedi ki, sən də yaxşı oxuyursan, onun bu sözündən həvəslənib musiqi ilə məşğul olmağa başladım. Yəni, mənim musiqi həvəsim də bu tayla, Bakı ilə bağlı olub. Atam Bakı radiosuna qulaq asıb ağladığına görə mən də mahnıları göz yaşı, yanğı ilə oxuyurdum”.

Sənətkar konsertin təşkilində ona göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə minnətdarlıq etməyi də unutmadı.

Yaqub Zurufçu ilə 20 ilə yaxındır dostluq etdiyini bildirən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev söhbətə qoşularaq deyib: “Mən Yaqub Zurufçu sənətinin vurğunuyam. Onun insanlığı və səhnə mədəniyyəti mənə xüsusi zövq verir. Onun şəxsiyyətinə və sənətinə böyük dəyər verirəm. Yaqub Zurufçu bütün dünyada öz səsi ilə tanınan bir ifaçıdır. Ötən 20 il ərzində biz birlikdə Bakıda bir neçə konsert vermişik. Onun repertuarında Azərbaycanın tanınmış bəstəkarlarının- Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Arif Məlikovun, Süleyman Ələsgərovun, Ramiz Mirişlinin və bir çox dəyərli bəstəkarlarımızın əsərləri yer alır. O, həm də xalq mahnılarımızın mahir ifaçısıdır. Onun repertuarında bir neçə məşhur və sevilən İran musiqiləri də var”.

Artıq bir neçə gündür konsertin məşqləri gedir. Ağaverdi Paşayev müğənninin repertuarına daxil olan mahnıların tamaşaçılar tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib. Azərbaycanın tenor səsli müğənnilərin ifasından ibarət musiqi nömrələri hazırlamışıq. Konsertdə Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoru və rəqs kollektivi də iştirak edəcək. Yaqub Zurufçunu sənətə sevgisi və ona qarşı məsuliyyət hissi, məşqlərin gedişi ümid etməyə əsas verir ki, həmin gün tamaşaçılar maraqlı bir konsert proqramının şahidi olacaqlar.

Yaqub Zurufçu ilə sağollaşıb çıxırıq. Yenə musiqi səslənir, yenə məşqlər davam edir. Biz təzəcə uzaqlaşmışdıq ki, “Ayrılıq” mahnısının sədaları pərdə-pərdə ətrafa yayılmağa başladı...

 

Bir görüş yaxşıdır yüz ayrılıqdan... VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda II Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddə biri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH