Azərbaycan Dövlət İnformasiya Agentliyi

14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarımız bu gün hava məkanımızı tam gücündə qorumağa qadirdir

Bakı, 14 fevral, AZƏRTAC

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günüdür. Azərbaycan Hərbi Hava Qüvvələri Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. 1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Onu da qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

AZƏRTAC xəbər verir ki, bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.

Son iyirmi ildə ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib və onun aviaparkı müasirləşdirilib.

Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda, hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib.

Pilotlarımızın beynəlxalq təlimlərdə iştirakı onların uçuş və döyüş hazırlığını daim artırmaqdadır

Azərbaycan müstəqillik qazandığı gündən hazırkı dövrədək HHQ daim inkişaf etməkdədir. HHQ-nin pilotlarının beynəlxalq təlimlərdə iştirakı onların uçuş və döyüş hazırlığını daim artırmaqdadır. Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər.

Azərbaycan Ali Təyyarəçilik Məktəbi 1998-ci ildən müasir standartlara uyğun tədris keçməklə gənc zabitləri hazırlamaqda davam etməkdədir. HHQ-də kifayət qədər peşəkar zabit kadrlarının olması kadr potensialının parlaq inkişafından xəbər verir. Gənc zabitlərin digər ölkələrdə təşkil olunmuş beynəlxalq təlim və kurslarda iştirakı, hərbi akademiyalarda təhsil almaları onların peşəkarlığının günüdən-günə artmasına şərait yaradır. Qardaş Türkiyə Respublikası ilə HHQ-nin təlimləri Azərbaycan hərbi pilotlarının NATO standartlarının öyrənilməsinə, onların döyüş hazırlıqlarının artırılmasına və ikitərəfli münasibətlərin daha da yaxınlaşmasına səbəb olub. Azərbaycan hərbi pilotları Avropa dövlətləri ilə hərbi təlimlərin keçirilməsinə hazırlıqlarını inkişaf etdirirlər. Mütəmadi olaraq Azərbaycanda “TurAz Qartalı” birgə taktiki-uçuş təlimləri keçirilir.

Bu gün Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Hərbi İnstitutda da müxtəlif ixtisaslar üzrə peşəkar zabitlər hazırlanır. Onlar hərbi xidmətin çətinliklərinin öhdəsindən layiqincə gələrək respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda hər bir əmrə hazırdırlar. Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri fakültələrində aviasiyanın döyüş idarəetməsi, eləcə də dənizçi ixtisasları üzrə peşəkar zabitlər, təyyarəçilər, şturmanlar, mexaniklər, silahlanmanın müxtəlif sistemləri üzrə mütəxəssislər, aviasiya xidmətləri, radiotexniki vasitələr üzrə mühəndislər hazırlanır.

Hərbi şahinlərimiz paradlarımızda qüdrətlərini nümayiş etdiriblər

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında hərbi parad keçirilib. 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunduğu həmin paradda Prezident, Ali Baş Komandan İlham Əliyev deyib: “Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri paradda Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi də olub. Kolona müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirov başçılıq edib. Tribuna önündən modernləşdirilmiş “OSA-1T”, “S-125 TM”, “BUK-MB”, “İldırım” zenit-raket komplekslərinin, “S-300 Favorit” sistemlərinin keçidi olub. Ardınca İkinci Qarabağ müharibəsində Zəfərin əldə edilməsində çox mühüm rol oynayan “Orbiter-1KM” - “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar-BP”, “Heron” pilotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar - “Bayraktar-TB2”, habelə “Hermes-450”, “Hermes-900”, “Quzğun” və “Harop” PUA-ları nümayiş olunub.

Eləcə də həmin paradda bundan başqa, Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu olub. “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi “Mİ-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamlayıb. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun başçılığı ilə “Mİ-35” hücum helikopterləri qrupunun uçuşu olub. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə “LAHAT” və “SPAYK” uzunmənzilli raketləri ilə silahlanmış “Mİ-17” helikopterlərinin və “Qarabağ” ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə “MİQ-29” çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları da maraqla qarşılanıb. Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş “Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamlayıb. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycanın dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” və “MiQ-29” qırıcı təyyarələri və hərbi helikopterləri ötən ilin mayda “TEKNOFEST Azərbaycan”nda pilotaj uçuşlarını həyata keçirib, hava şousu nümayiş etdiriblər.

Vətən müharibəsində Qələbənin qazanılmasında hava şahinlərimizin böyük rolu olub

Vətən müharibəsində Zəfərin başlanğıcı olan Aprel döyüşlərində Hərbi Hava Qüvvələri düşmənə uğurlu zərbələr endirib. Döyüşdə Mi-24 helikopterin üç pilotu - Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə qəhrəmancasına şəhid olublar.

Hava şahinlərimizin, pilotlarımızın İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında böyük rolu olub. HHQ-nin hərbi qulluqçuları qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Vətən müharibəsində HHQ tərəfindən düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə “Qarabağ mücrüsü” adlı xüsusi əməliyyat planı hazırlanıb. Bu, hərbçilərimizin düşmənin fikrini yayındırmaq üçün müxtəlif variantları idi. Düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud aviasiya vasitələri havaya qaldırıb kütləvi aviasiya zərbəsi imitasiya edildi. Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevrlər ediblər. İkinci tədbir kimi, düşmənin fəndi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, “kukruznik” kimi tanınan AN-2 təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirilib. Plan uğurla icra olunub və Vətən müharibəsinin ilk günlərində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarılıb. “Bayraktar”, “Harop”, “Sky Striker” zərbə dronları düşmən hədəflərini anında məhv edib.

İkinci Qarabağ müharibəsində bir neçə pilotumuz Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olunub. Bundan başqa, onlardan iki nəfəri eyni mükafata ölümündən sonra layiq görülüb. Həmin müharibədə Dövlət Sərhəd Xidmətinin pilotlarından iki nəfər ilk günlərdə şəhidlik zirvəsinə ucalıblar.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində islahatlar həyata keçirilib, yüksək pilotaja malik pilotlar yetişdirilib. Bu gün dövlətimizin başçısının diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldilir, aviabazaların maddi-texniki təminatı gücləndirilir, uçuş və texniki heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

 

HHQ-nin şəxsi heyəti Vətən müharibəsində olduğu kimi, bundan sonra da Ali Baş Komandanın istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.

Xalqımız əmin ola bilər ki, bu gün silah sistemləri və hərbi texnikalarımızla Azərbaycanın hava məkanı düşmənin istifadəsindəki istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma vasitələrindən etibarlı şəkildə qorunub və bundan sonra da qorunacaq.

Hərbi Hava Qüvvələri Günü münasibətilə bu sahədə təmsil olunan bütün hərbçilərimizi təbrik edir, onlara aydın fəza arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-ə yaxın husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib