2017-ci il Litvada “İdman ili” elan olunub
Vilnüs, 13 may, AZƏRTAC
Litva Seymi 2017-ci ili Litvada “İdman ili” elan edib. Litva Seymi bu qərarı idmanın insan və cəmiyyət üçün faydasını, sağlam həyat tərzinin təbliğində, fiziki fəallığın təşviqində idmanın rolunu vurğulayaraq qəbul edib.
Litva hökumətinə 2017-ci il üçün dövlət büdcəsində bu proqramın həyata keçirilməsinə vəsait nəzərdə tutmaq tövsiyə edilib.
“2017-ci ilin İdman ili elan edilməsi haqqında” qərarı Seymin 72 üzvü dəstəkləyib, bir deputat əleyhinə, 8 deputat bitərəf olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]