2024-cü ildə “Pyotr Veliki” kruiz layneri Bakı limanına daxil olacaq
Bakı, 7 sentyabr, AZƏRTAC
Rusiyada ilk kruiz layneri olan “Pyotr Veliki” 2024-cü ildə Xəzər və Qara dənizlərdə üzəcək. Layner bu kruizlər çərçivəsində Azərbaycanın (Bakı), Qazaxıstanın (Aktau), Türkmənistanın (Türkmənbaşı) və Mahaçqala limanlarına daxil olacaq.
AZƏƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, laynerin inşası regionda kruiz turizminin inkişafında mühüm hadisə olub və Rusiya ilə Xəzəryanı ölkələr arasında turizm sektorunda əməkdaşlığın inkişafına töhfə verəcək.
Dördgöyərtəli sərnişin kruiz gəmisinin inşası 2016-cı ildə Moskva Çay Gəmiçiliyi İdarəsinin sifarişi əsasında Həştərxandakı “Lotos” Cənub gəmiqayırma və gəmi təmiri zavodunda başlayıb. 2023-cü ilin avqustunda sınaq məqsədilə kruiz gəmisinin zavodun akvatoriyasında texnoloji əməliyyatı həyata keçirilib.
“Pyotr Veliki” kruiz layneri təkcə Volqa çayında deyil, həm də Xəzər, Azov və Qara dənizlər üzrə marşrutlarda istifadə oluna bilər. Gəminin interyeri və xidmət səviyyəsi beşulduzlu otelə uyğundur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]