Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub YENİLƏNİB-2 VİDEO

Bişkek, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları açılış mərasimində çıxış ediblər.

Prezident Sadır Japarovun
çıxışı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli qonaqlar, əziz dostlar.

Biz bu gün Azərbaycanın Ulu Öndəri Heydər Əliyev adına ümumtəhsil məktəbinin təntənəli açılış mərasimində iştirak edirik.

Qırğızıstanda bu məktəbin açılışı ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və bizim xalqların möhkəm dostluğuna, ölkələrimiz arasında əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın Ümummilli Lideri, hörmətli Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir.

Xüsusi vurğulamaq istəyirəm ki, məktəbə Heydər Əliyevin adının verilməsi bizim üçün böyük şərəfdir, çünki bu böyük şəxsiyyətdə təkcə Azərbaycan xalqının ümidləri və istəkləri cəmlənməyib. Tutduğu vəzifədən asılı olmayaraq - respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən, yaxud da özünün kiçik Vətəni - Naxçıvanda olarkən Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi, incə və dərin düşünən mütəfəkkiri, böyükürəkli insanı olub.

Həmçinin xatırlatmaq istəyirəm ki, Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olanda, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini işləyəndə Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən vacib sahələrinə rəhbərlik edib.

Onun olduqca zəngin siyasi və dövlətçilik təcrübəsi, xalqın mənafeyinin müdafiəsində qətiyyəti və prinsipiallığı, müdrikliyi və yüksək insani keyfiyyətləri haqlı olaraq ona Azərbaycanın hüdudlarından kənarda da hörmət qazandırıb.

Mən ümidvar olduğumu bildirirəm ki, gələcəkdə bu məktəbdən Heydər Əliyev kimi şəxsiyyətlər çıxacaq. Heç bir şübhə yoxdur ki, bizim gənc soydaşlarımız qardaş xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəm körpüsünə çevriləcəklər. Gənclərə gözəl təhsil, tərbiyə almağı, tələbedilən olmağı, Qırğızıstan və Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfələrini verməyi arzulayıram.

Heydər Əliyev dediyi kimi: “Bizim cəmiyyətin gələcək tərəqqisi bu gün bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılı olacaq”. Qeyd etmək lazımdır ki, gənc nəslin tərbiyəsi daim diqqət mərkəzimizdədir və bu, təbiidir, çünki istənilən ölkənin bu günü və gələcəyi keyfiyyətli təhsillə, əldə edilmiş biliyi cəmiyyətin faydası üçün tətbiq etmək bacarığı ilə bilavasitə bağlıdır. Əminəm ki, bu gözəl məktəbin divarları arasında uşaqlar keyfiyyətli təhsil, vətənpərvər və işinin peşəkarı kimi tərbiyə alacaqlar.

Hörmətli İlham Heydər oğlu, əziz dostlar, qeyd etmək istəyirəm ki, biz Azərbaycan xalqının görkəmli mütəfəkkiri və şairi Nizami Gəncəvinin adı verilmiş məktəbin açılışında da iştirak edəcəyik.

XII əsrdə Nizami təxəllüsü ilə yazmış bu məşhur şairin qoyduğu zəngin irs təkcə Azərbaycan xalqını zənginləşdirməyib, eyni zamanda, əminəm ki, bütövlükdə bəşəriyyətin ədəbi xəzinəsinə qızıl hərflərlə həkk olunub.

Nizaminin yazdığı “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”, “Xosrov və Şirin” poemaları, çoxsaylı şeirləri orta əsrlərdə Yaxın Şərqdə və Mərkəzi Asiyada ədəbiyyatın gələcək inkişafında dərin iz qoyub.

Əziz dostlar, inanıram ki, Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəbləri Qırğızıstan və Azərbaycan arasında əməkdaşlıq körpülərinə və dostluq mərkəzlərinə çevriləcək, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə layiqli töhfəsini verəcək.

Hörmətli İlham Heydər oğlu.

Əziz dostlar.

Sonda qeyd etmək istəyirəm, sevindirici haldır ki, bu il Qırğız Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər fəallaşıb və strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəlib.

Əziz İlham Heydər oğlu, bütün bu nailiyyətlər Sizin şəxsi diqqətiniz və bütün komandanızın fəal işi olmadan mümkün deyildi.

Bizim azərbaycanlı dostlarımıza səmimi təşəkkürümü bildirirəm.

İki gözəl məktəbin kollektivlərinə böyük nailiyyətlər və uğurlar, iki qardaş ölkələrimizin xalqlarına isə rifah və firavanlıq arzu edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Sadır Nurqojoyeviç, əziz dostlar, əziz müəllimlər, məktəbin şagirdləri.

İlk növbədə, Qırğızıstan Prezidentinə bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə təşəkkürümü bildirmək istərdim. Bu, Bişkekin ən böyük məktəblərindən biridir. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk. Sadır Nurqojoyeviçin də qeyd etdiyi kimi, bu gün biz daha bir məktəbi, Azərbaycanın digər görkəmli oğlu, Azərbaycan xalqının fəxri olan şairi, mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq məktəbi də ziyarət edəcəyik. Bu əlamətdar hadisələr qardaş ölkələrimiz arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir.

Dünən biz Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak etdik. Bu park gözəl müasir istirahət mərkəzi olmaqla yanaşı, xalqlarımızın qardaşlığını da əks etdirir. Bu gün bizim yaşadığımız bu əlamətdar hadisələr xalqlarımızın yaddaşında uzun illər dərin iz buraxacaq. Əminəm ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri mənim dövlət səfərimin nəticələrinə görə yeni dinamika, yeni stimul alacaq.

Qırğızıstan Prezidentinin vurğuladığı kimi, Heydər Əliyev tarixdə dərin iz buraxan görkəmli şəxsiyyətdir. O, iş yerindən və ictimai-siyasi quruluş formasından asılı olmayaraq, həmişə - istər Sovet dövründə Azərbaycanın rəhbəri olaraq, Azərbaycan Respublikasını sosial-iqtisadi inkişaf üzrə son yerlərdən keçmiş SSRİ-nin qabaqcıl respublikaları sırasına çıxaranda, istər SSRİ-nin iqtisadiyyat, sənaye potensialının nəhəng istiqamətlərinə rəhbərlik edəndə, istər hökumət sədrinin birinci müavini olduğu vaxtlarda, istərsə də xalqın tələbi ilə gənc Azərbaycan Respublikasını iflasa uğramaqdan xilas etməyə çağırıldığı vaxt, gənc Azərbaycan dövləti üçün ən çətin dövrdə ona rəhbərlik edəndə Azərbaycanın maraqlarını müdafiə edib.

Biz uçurum kənarında idik, qonşu ölkənin işğal, hərbi təcavüzü nəticəsində təkcə əraziləri itirmirdik, həm də hərc-mərclik və qardaş qırğını, vətəndaş müharibəsi faciəsi ilə üz-üzə idik. Ən ağır müharibə vətəndaş müharibəsidir. Təəssüf ki, Azərbaycan xalqı bunun acısını çəkib. Yalnız Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının ona inamı sayəsində o, qardaş qırğınını dayandırdı, Azərbaycanın iflasa sürüklənməsinin, gənc respublikamızın parçalanmasının qarşısını aldı, Azərbaycanı inkişaf yoluna çıxardı, sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə, investisiyaların cəlbinə, müasir Azərbaycan Ordusunun təməlini qoymağa nail oldu. Bu səbəbdən də biz deyəndə ki, bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir, biz tamamilə haqlıyıq. Biz onun davamçılarıyıq, əlbəttə, vəziyyətin spesifikliyi nəzərə alınmaqla, dəyişən dünya nəzərə alınmaqla, Azərbaycanın müasir imkanları nəzərə alınmaqla və qarşımızda duran çağırışlar nəzərə alınmaqla onun yolu ilə gedirik. Onun bizə etdiyi vəsiyyətlərdən biri ərazi bütövlüyünün bərpası idi ki, biz bunu iki il əvvəl şərəflə yerinə yetirmişik.

Yəqin, hər bir uşağa, hər bir oğlana, qıza, yeniyetməyə həm evdə, həm də məktəbdə deyilir ki, onlar yaxşı oxusunlar. Yəqin, uşaqlara bunu dəfələrlə deyiblər, ola bilər onlar bundan yorulublar. Lakin, əslində, bu, sizi həmişə səslədiyimizdir, çünki bu, gələcəyə yoldur. Bilik, təhsil - bu, o yoldur ki, sizə cəmiyyətdə layiqli yer tutmaq və dövlətinizin möhkəmləndirilməsinə töhfə vermək fürsəti yaradır. Fikrimcə, yaxşı oxumaq üçün hər cür öyüd-nəsihətdənsə, gənc nəslə örnək daha çox təsir göstərir. Mən Heydər Əliyevi, onun orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərə bilərəm. O, azərbaycanlı məktəblilər üçün örnəkdir. Orada bir dənə də olsun “dörd” yoxdur, bütün qiymətlər “beşdir”. Mən bilmirəm, Qırğızıstanda hansı bal sistemi mövcuddur, Azərbaycanda o, dəyişdirilib. Lakin sovet dövründə “beş” ən yüksək qiymət idi. Bax, o, ən kiçik yaşlarından - həm məktəbdə, daha sonra institutda əla oxuyub. O, yerinə yetirilməli olduğu hər bir işə belə tam məsuliyyətlə yanaşıb. Onu da deməliyəm ki, azərbaycanlıların müasir nəslinin tərbiyəsində Heydər Əliyevin rolu öz mənbəyini hələ sovet vaxtlarından götürür. O vaxt Azərbaycan keçmiş SSRİ-də yeganə respublika idi ki, Heydər Əliyevin təkidi ilə minə yaxın azərbaycanlı gənc oğlan və qızı SSRİ-nin ali məktəblərinə göndərmək hüququna malik idi. Bu gənclər belə adlandırılan müsabiqədənkənar qəbuldan keçirdilər. Yəni, onlar Bakıda imtahan verir, SSRİ-nin aparıcı ali məktəblərinə yollanırdılar. Bununla da kadr potensialı yaranırdı ki, bu gün Azərbaycanda ona tələbat olduqca çoxdur. Sizin diqqətinizə onu da çatdırmaq istəyirəm ki, Heydər Əliyev tərəfindən əsası qoyulan hərbi quruculuq işi də bu gün bizə öz ərazilərimizi uğurla müdafiə etmək imkanı verir. Məhz onun qərarı ilə 1970-ci illərdə Bakıda general Cəmşid Naxçıvanski adına uşaqları hərbi xidmətə hazırlayan məktəb yaradıldı. Bu, Heydər Əliyevin uzaqgörənliyi, gələcəyə istiqamətlənən fəaliyyəti idi. Sanki o, qabaqcadan görürdü ki, Azərbaycan gözəl bir gündə müstəqil dövlətə çevriləcək, bizə ordu lazım olacaq, bizə mütəxəssislər lazım olacaq. Belə də oldu və biz hər bir situasiyaya hazır olmalıyıq.

Mən Heydər Əliyevin xatirəsinə bu cür ehtirama görə Qırğızıstan Prezidentinə, qardaş Qırğız xalqına bir daha təşəkkür etmək istərdim. Həmçinin çıxışımın sonunda Heydər Əliyev adına məktəbin və Nizami Gəncəvi adına məktəbin müəllim və şagirdlərini Azərbaycana dəvət etmək istərdim. İndi mənim tərəfimdən müvafiq göstərişlər verilir. Mən sizi yaxın tətillərdə dəvət edirəm. Biz sizin səfərinizi, Bakıda, arzulasanız Azərbaycanın digər yerlərində qalmağınızı təşkil edəcəyik. Fikrimcə, bütövlükdə, bizim tədris müəssisələri ilə belə münasibətlərin, əlaqələrin yaradılması üzrə işlərə artıq indi başlamaq lazımdır. Bu, bizim gəncləri əməkdaşlıq, qardaşlıq, dostluq ruhunda tərbiyə edəcək. Bu, bizi qarşılıqlı zənginləşdirəcək. Bütün Azərbaycan xalqına bugünkü belə gözəl hədiyyənizə görə təşəkkür edirəm. Qardaş Qırğızıstan xalqına sülh, firavanlıq arzulayıram. Sağ olun.

X X X

Sonra dövlət başçıları məktəblə tanış oldular.

Məlumat verildi ki, Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Kompleksində tədris ikinövbəlidir.

Bildirildi ki, məktəb binasında sinif otaqları, zəngin fonda malik kitabxana, 2 akt zalı, yeməkxana, idman zalları, basketbol, voleybol, futbol meydançaları, xoreoqrafiya zalları, tibb məntəqələri, estetik studiyalar var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub YENİLƏNİB-2 VİDEO

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Elmi dərəcə və ad alan 56 şəxsə diplom və attestatlar təqdim olunub

Professor: Mədəniyyət sülhün mühüm mənəvi dayağıdır

“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq

Böyük Britaniyada təhsil alan azərbaycanlı mütəxəssis: Süni intellekt kiberhücumları daha mürəkkəb hala gətirir - MÜSAHİBƏ

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərin sayı açıqlanıb – STATİSTİKA

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Niderlandla müsbət siyasi dialoq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verir

Samuxda əmək yarmarkası: 15 müəssisə iş imkanları təklif edib

Oktyabrda 704 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib