REGİONLAR
Ağstafada narkotik vasitənin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb VİDEO
Ağstafa, 22 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Ağstafa Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Şamil Musayev narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Ş.Musayevin narkotik vasitədən istifadə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [19:12]
30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]