REGİONLAR
İmişlidə yol qəzası: Yaralananlar var VİDEO
İmişli, 25 fevral, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişliyə giriş yolunun Soltanmuradlı kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı İmişli sakini Qasımov İlham Salam oğlunun idarə etdiyi 30-BX-329 dövlət nömrə nişanlı “Dong Feng” markalı minik maşını və Cəbrayıl sakini Əsədov Pərvin Şahsuvar oğlunun idarə etdiyi 77-EU-826 dövlət nömrə nişanlı “Toyota” markalı minik maşını toqquşub. Zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:23]
Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]