SİYASƏT
Numan Kurtulmuş TÜRKPA-nın Baş Katibliyinin inzibati binası ilə tanış olub VİDEO




Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM), həmçinin Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətdə olan sədri Numan Kurtulmuş qurumun Baş Katibliyinin Bakıda yerləşən inzibati binası ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, qonağı TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və digər rəsmi şəxslər müşayiət ediblər.
Binada yaradılan şəraitlə tanışlıqdan sonra N.Kurtulmuş TÜRKPA-nın Baş katibliyinin fəaliyyəti ilə maraqlanıb, tövsiyələrini verib.
Sonra Numan Kurtulmuş binanın həyətində şam ağacı əkib.
Sonda qonağa hədiyyələr təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.12.2023 [17:05]
İtaliya telekanalı Qərbi azərbaycanlılarla bağlı videosüjet hazırlayıb VİDEO
- 07.12.2023 [13:35]
Cənubi Qafqazın taleyi Azərbaycanın iradəsi ilə dəyişir – ŞƏRH
- 07.12.2023 [13:13]