Azərbaycan Dövlət İnformasiya Agentliyi

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təntənəli mərasim keçirilib

Mərasimdə bir qrup gəncə Prezident mükafatları təqdim olunub

Bakı, 2 fevral, AZƏRTAC

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “Buta Palas”da təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 2 fevral tarixli Sərəncamı ilə bir qrup gəncə Prezident mükafatları təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, 21 ildir gənclərimiz ulu öndər Heydər Əliyevin təsis etdiyi Azərbaycan Gəncləri Gününü təntənəli şəkildə qeyd edirlər. Bu dövr yaddaşlarda Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı illəri kimi qalıb.

Ötən ilin ölkəmizin, o cümlədən gənclərimizin həyatında uğurlu il olduğunu vurğulayan nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan gəncləri 2017-2021-ci illər”də Dövlət Proqramının təsdiq olunması barədə Sərəncamın imzalanmasını xüsusi qeyd edib. Bildirib ki, bu sənəd Azərbaycan Prezidenti tərəfindən gənclərlə bağlı təsdiq edilən üçüncü Dövlət Proqramıdır. Gənclərin bütün sahələrdə maraqlarını nəzərə alan bu proqram müasir dövrün çağırışlarına tam cavab verir. Dünyanın heç bir ölkəsində gənclərlə bağlı ardıcıl olaraq bu qədər proqram qəbul edilməyib.

Nazir paytaxt Bakı ilə yanaşı, regionlarda da gənclərin fəallığının, məşğulluğunun təmin edilməsinin diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, bölgələrdə Gənclər evlərinin inşasının onların məşğulluğu işinə, eləcə də bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər.

Azad Rəhimov gənclərimizin inkişafında, onların fəallıqlarının artırılmasında, istedadlarının üzə çıxarılmasında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki, müasir dövrdə Azərbaycan iqtisadiyyatının əsasında yaradıcılıq, innovasiyalar, bilik və bacarıqlar, eləcə də yüksək texnologiyalardan peşəkarlıqla istifadə imkanları dayanır. Məhz buna görə də yaradıcı və istedadlı gənclərin üzə çıxarılmasına, onlara dövlət dəstəyinin göstərilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində ilk dəfə olaraq “Made in Azerbaijan-2017” biznes ideya müsabiqəsi, “Gənc investor-2017” birja ticarəti üzrə simulyasiya yarışı keçirilib.

Son illər Azərbaycan gənclərinin təşkilatlanması, onların beynəlxalq əlaqələrinin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıran Azad Rəhimov ötən il 160-dan çox ölkədən nümayəndələrin iştirakı ilə Dünya Skaut Təşkilatının 41-ci konfransının Azərbaycanda təşkilinin önəmini qeyd edib.

Bu il dövlət gənclər siyasətinin banisi ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinin qeyd olunacağını, prezident seçkilərinin keçiriləcəyini, habelə Mart soyqırımının 100-cü ildönümü ilə bağlı silsilə tədbirlərin təşkil olunacağını diqqətə çatdıran nazir bu baxımdan gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Azad Rəhimov Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürdüyünü xatırladaraq, bu mövzuda gənclər arasında esse müsabiqəsinin elan olunduğunu deyib. Nazir çıxışının sonunda gəncləri 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, onların qarşıdakı prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini bildirib.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev çıxış edərək Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından danışıb. Azərbaycan Gəncləri Gününün ümummilli lider Heydər Əliyevin ölkə gəncliyinə töhfəsi olduğunu vurğulayan Yusuf Məmmədəliyev deyib ki, hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam və inkişaf etdirir.

Azərbaycan gənclərinin yüksək intellektli və vətənpərvər olduqlarını, ölkəmizi uğurla təbliğ etdiklərini diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri qlobal səviyyədə rəqabətədavamlı gənclərimizin sayının ildən-ilə artdığını məmnunluqla vurğulayıb. Qeyd edib ki, gənclərin potensialının artırılması, onların inkişafı prosesində motivasiya çox önəmlidir. Bu gün müxtəlif sahələrdə ən istedadlı gənclərin təltif olunması onların uğurlarını cəmiyyətə tanıtmaqla yanaşı, həmin gənclərin daha da həvəsləndirilməsinə mühüm töhfə verəcək. Gənclərimiz bilməlidirlər ki, onların bilik və bacarıqları, fəaliyyətləri diqqətdən kənarda qalmır və yüksək qiymətləndirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva gənclərimizin qayğısına qalır, onların fəaliyyətini yaxından izləyirlər.

Yusuf Məmmədəliyev bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasına əsaslanan gənclər siyasəti nəticəsində gənclərin elmi, mədəni, ictimai sahələrdə fəallığı təşviq edilir. Buna görə də gənclərimiz ölkəmizin inkişafı üçün bütün sahələrdə daha da fəal olmalıdırlar.

Bu ilin ölkəmiz üçün əhəmiyyətli hadisələrlə zəngin olacağını vurğulayan Yusuf Məmmədəliyev bu baxımdan növbəti prezident seçkilərinin önəmini xüsusi qeyd edib. Əminliklə bildirilib ki, Azərbaycanın gələcəyini, uğurlu inkişafını təmin edəcək bu prosesdə gənclər daha da fəal olacaq, dövlətimizin onlara göstərdiyi etimadı doğruldacaqlar.

Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürdüyünü xatırladan şöbə müdiri deyib ki, bu, insan kapitalının inkişafı və gələcəyə baxış strategiyasına əsaslanır. Bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi müasir, tolerant, savadlı, bacarıqlı və innovativdir.

Çıxışının sonunda gəncləri əlamətdar gün münasibətilə bir daha təbrik edən Yusuf Məmmədəliyev deyib ki, Azərbaycan rəhbərliyi gənclərimizə inanır və daim onları dəstəkləyir. Hər bir gənc ölkəmizin tarixi-mədəni dəyərlərini yaşatmalı, layiqli vətəndaş kimi Vətəninə xidmət etməlidir. Bu gün Azərbaycan öz tarixinin ən güclü və dinamik dövrünü yaşayır. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duymalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.

Sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Reyhan Camalovaya, Gülnar Əlfidatlıya, Xaqani Fərəcova, Ağarəhim Quliyevə, Zümrüd Səfərovaya və Aysun Zeynalovaya 2018-ci il Gənclər üçün Prezident mükafatları təqdim olunub.

Tədbirdə, həmçinin uğur qazanan, habelə dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənən yaradıcı və istedadlı gənclər də mükafatlandırılıb.

Mərasimdə Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub. Bildirilib ki, Naxçıvan “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub.

Gənclər və idman naziri Azad Rəhimov gənclər paytaxtının rəmzi açarını Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarova təqdim edib.

Tədbir bədii hissə ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb