Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub YENİLƏNİB VİDEO

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və İtaliya Prezidenti Sercio Mattarellaya yeni tikilmiş tədris korpusları və onların ətrafında yaradılmış park barədə məlumat verdi.

Sonra tədris korpusunda təşkil edilən Azərbaycan və İtaliya kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanışlıq oldu.

Qeyd edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.

İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir.

Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək. Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda qurulmuş tədris emalatxanaları isə dərslərin praktiki tədrisi üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar yaradılıb. Tədris emalatxanası tələbələr və tədqiqatçıların bir yerdə işlədiyi məkandır. Onların birgə əməyinin nəticəsi isə xüsusi Dizayn və yaradıcılıq mərkəzi vasitəsilə sənaye və biznes strukturlarına çatdırılacaq. Bir sözlə, bura tədris və tədqiqatın real iş dünyası ilə birləşdiyi mərkəzdir.

Tədris korpusunda yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi “İpək Yolu”nun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə universitet-sənaye-dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.

Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev görüşdə çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident İlham Əliyev.

Möhtərəm Prezident Sercio Mattarella.

Möhtərəm Mehriban xanım, ölkəmizin Birinci vitse-prezidenti.

Mən sizi səmimi-qəlbdən çox həyəcanla və iftixarla bu yeni binada salamlayıram. Həmçinin mən istəyirəm Azərbaycanın və İtaliyanın rəsmilərini, bizim professor-müəllim heyətini, tələbələri salamlayım və alqışlayım. Sizin hamınıza “Xoş gəlmisiniz!” deyirəm.

Beş il bundan əvvəl İtaliyaya rəsmi səfəri zamanı Prezident İlham Əliyev təşəbbüslə çıxış etdi və İtaliya-Azərbaycan Universitetinin yaradılması haqqında təklif irəli sürdü. O zamandan işlər başladı və 2022-ci ildə artıq Roma şəhərində biz İtaliyanın beş universiteti ilə birlikdə müqavilələrə qol çəkdik və beləliklə, niyyətlər konkret işlərə keçdi. Ondan sonra, əlbəttə, cənab Prezident bizə böyük bir hədiyyə kimi yeni İtaliya-Azərbaycan Universitetinin Bakıda kampusunun yaradılması haqqında Sərəncam verdi. Bu gün görürsünüz, biz indi həmin universitetdəyik. Bu, gözəl universitetdir, artıq iki bina bu universitetə məxsusdur. Biri Kənd təsərrüfatı və qida elmləri, digəri isə Dizayn və arxitektura fakültəsi. Əlbəttə, bu günə qədər nailiyyətlərimiz təkcə bunlar deyil, biz təhsilin təşkili sahəsində də işlər görmüşük və deyə bilərəm ki, bu gün bizim 640 tələbəmiz var. Onlardan 112-si magistr, qalanı bakalavr tələbələridir. Hətta deyə bilərəm ki, bizim ilk qəbulumuz 2023-cü ildə olub və artıq onun məzunları bu il Luiss Universitetinin magistr proqramını başa vurublar.

Əlbəttə, sizin vaxtınızı çox almaq istəmirəm, amma mən bir şeyi demək istəyirəm. Bu universitetin yaranmasında həm İtaliya tərəfi, həm də İtaliyanın beş universiteti - Luiss, Milan Politexnik, Turin Politexnik, Sapienza və Bolonya mühüm rol oynayıb. O əsas bina Bolonya Universitetinə məxsusdur ki, bu da kənd təsərrüfatına aiddir. Deməyim odur ki, bu işlər artıq görülüb və bu işlərdə çox şirkətlər iştirak edib. Onların bu işə verdiyi töhfə çox dəyərlidir. Mən indi hamısını sadalamaq istəmirəm, amma deməliyəm ki, bu iş doğrudan da təhsilə həvəsin çox böyük olduğunu göstərir. Biz bu işdə əməyi olan hər kəsdən, hər bir şirkətdən çox böyük kömək görmüşük. Onu da deyim ki, bu iş çox həvəslə görülüb.

Cənab Prezident, bu imkanı bizə yaratdığınıza görə Sizə çox təşəkkür edirik. Bu, doğrudan da həyəcandoğuran bir iş idi və təbii ki, bunun davamı olacaq. Amma elə bilirəm bu günə qədər gördüyümüz işlər müəyyən təsəvvür yaradıb ki, bizim niyyətlərimiz nədir, hara gedirik. Ümumiyyətlə, biz ölkənin təhsilinə daha artıq töhfə vermək fikrindəyik. Mən bilirəm ki, hər iki ölkədə təhsillə bağlı çox işlər görülür. Hətta tərəfdaşlarımız bu işdə bizə kömək edərək öz təcrübələrini həvəslə bölüşürlər. Bu mənada mən xüsusilə ona diqqət yetirmək istəyirəm ki, hazırda 26 doktorant bu iki universitetdə - Bolonya Universitetində, sonra Polimidə təhsil alır. Həmçinin Turində də bizim mühəndislik üzrə doktorantlarımız var.

Mən hər iki Prezidentin təhsilə verdiyi diqqəti və dəstəyi xüsusi qeyd etmək istəyirəm. Həm Prezident İlham Əliyev, həm də Prezident Sercio Mattarella təsadüfi deyil ki, bu gün bizimlə bir yerdə bu binaların açılışını edirlər. Ona görə universitetimizin, tələbələrimizin və müəllimlərimizin adından hər iki Prezidentə çox böyük təşəkkür edirəm.

Çox sağ olun.

X X X

Sonra Azərbaycan Respublikasının Prezidenti çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, tələbələr, müəllimlər.

Xanımlar və cənablar.

Bu gün İtaliya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür, biz İtaliya-Azərbaycan Universitetinin binalarının açılışını qeyd edirik. Mən keçən il Romada Prezident Mattarella ilə görüşərkən ona bu haqda məlumat vermişdim və onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Şadam ki, cənab Prezident mənim dəvətimi qəbul edib Azərbaycana ikinci dəfə rəsmi səfərə gəlib. Biz səfər çərçivəsində bu gözəl təhsil ocağının açılışını birlikdə qeyd edirik. Əslində, Prezident Mattarellanın rəsmi səfər proqramına bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm də Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir. Əminəm ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq, universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Əminəm ki, burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına çox böyük dəstək verəcəklər. Çünki sirr deyil ki, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq. Yenə də deyirəm, neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısamüddətli ola bilər. Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra etmişik.

Mən Prezident vəzifəsinə seçiləndən sonra demək olar ki, dərhal göstəriş vermişdim ki, Azərbaycan vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə Azərbaycan gəncləri ezam edilsin, onların bütün xərcləri dövlət tərəfindən ödənilsin və onlar yaxşı oxuyub Vətənə yaxşı mütəxəssislər kimi qayıtsınlar. Bu günə qədər dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində təhsil alan tələbələrin sayı minlərlə ölçülür. Ondan sonrakı mərhələdə qərara gəldik ki, eyni zamanda, Azərbaycanın daxilində təhsil sisteminin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlıq məsələlərinə də diqqətlə yanaşaq. Artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə universitet fəaliyyət göstərir və növbəti universitet İtaliya-Azərbaycan Universitetidir. Bu universitetin özəlliyi bundan ibarətdir ki, – burada rektor Hafiz Paşayev bunu qeyd etdi, - bu universitet İtaliyanın beş aparıcı universiteti və ADA Universiteti ilə birlikdə qurulmuşdur. Əlbəttə, İtaliya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini nəzərə alaraq, biz əminik və ümid edirik ki, bu, Azərbaycanın aparıcı təhsil ocaqlarından birinə çevriləcəkdir.

İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır.

Dünən Prezident Mattarellanın rəsmi səfəri zamanı həm rəsmi açıqlamalarda, həm apardığımız danışıqlarda biz bunu qeyd edirdik ki, İtaliya-Azərbaycan əməkdaşlığı, məsələn, energetika sahəsində böyük bir inkişafa yol açmışdır. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi böyük dərəcədə Prezident Mattarellanın şəxsi dəstəyi nəticəsində mümkün olmuşdur. Əgər o vaxt bu həll olunmasaydı, bu gün biz Avropa məkanına bu qədər təbii resurslar ixrac edə bilməzdik. Biz də ondan əziyyət çəkərdik, Avropa məkanı da. Bu gün Azərbaycan qazı Avropa İttifaqına səkkiz üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir və bu coğrafiya genişlənir və burada İtaliya-Azərbaycan əməkdaşlığı həlledici rol oynamışdır.

Qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci yerdədir, neft təchizatına görə birinci yerdədir. Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq. Hər halda burada gördüklərimiz və artıq fəaliyyətə başlamış universitetin uğurları bunu deməyə əsas verir. Artıq yüzlərlə tələbə oxuyur. Biz bu gün burada rəhbər heyətlə də tanış olduq. Burada beynəlmiləl müəllim heyəti çalışır, həm İtaliyadan, həm Azərbaycandan. Xarici tələbələr də var və bu, çox gözəl bir ovqat yaradır. Əminəm ki, burada oxuyan və məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Hər halda burada oxuyan Azərbaycan tələbələrinin gələcəyi İtaliya ilə bağlı olacaq. Onlar İtaliyanı, onun mədəniyyətini, onun inkişafını, onun uğurlarını daha yaxından tanıyacaqlar. Burada bir çox məqsədlər təmin ediləcək. İlk növbədə, Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə güclü kadr potensialı yaradılacaq. Bizim təhsil sahəsinin təkmilləşməsi məsələləri öz həllini tapacaq. Biz ən müasir və mütərəqqi təhsil sisteminə qoşulacağıq və eyni zamanda, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya ilə dostluq əlaqələrimiz daha da güclənəcək. Bütün bu amilləri nəzərə alaraq bir daha görürük ki, vaxtında atılmış və düşünülmüş addımlar gözəl nəticələrə gətirib çıxarır.

Burada qeyd olundu, bu universitetin yaradılması təşəbbüsü cəmi beş il bundan əvvəl irəli sürülmüşdür. Romada, Azərbaycan səfirliyində, səfirliyin binasında yerləşən Mədəniyyət Mərkəzində sənədlər mübadiləsi olmuşdur. Ondan sonra mənim tərəfimdən Sərəncam imzalanmışdır. Daha sonra Azərbaycanın dövlət büdcəsindən bu binaların, bütün infrastrukturun yaradılmasına vəsait ayrılmışdır və bu gün 2025-ci ildə biz bu gözəl binaların açılışını qeyd edirik.

Bu, doğrudan da gözəl hadisədir. Bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq. Hər birinizi bu münasibətlə təbrik edirəm. Prezidentə bu tədbirdə bizimlə bərabər olduğu üçün bir daha təşəkkürümü bildirirəm. Sağ olun.

X X X

Daha sonra İtaliya Respublikasının Prezidenti çıxış etdi.

Prezident Sercio Mattarellanın
çıxışı

-Cənab Prezident.

Hörmətli xanım Birinci vitse-prezident.

ADA Universitetinə və rektora söylədiyi sözlərə görə dərin təşəkkürümü bildirirəm. Onunla birgə buraya gəlmiş Luiss Universitetinin, Milan və Turin universitetlərinin, eləcə də Bolonya və Roma universitetlərinin rektorlarını, prorektorlarını salamlayıram. Cənab Prezident, mən özüm də illər öncə Roma Universitetini bitirmişəm.

İtaliya-Azərbaycan Universitetinin dosentlərini, eləcə də indicə tanış olduğumuz bu cür möhtəşəm şəhərcikdə təhsil alan və alacaq tələbə qızları və oğlanları xüsusi səmimiyyətlə alqışlayıram. Şəhərcik böyük təəssürat bağışladı, onun binasının funksionallığını və gözəlliyini yüksək dəyərləndirirəm. Mən şəxsən bu təşəbbüsdən olduqca məmnunam. Onun Azərbaycanla birgə reallaşdırılmasından İtaliya fərəh hissi duyur. Bu universitet nəinki geniş imkanları, resursları, tədqiqat və tədrisi, dosentləri, təhsil alan gənc azərbaycanlı və italyan tələbələri bir araya gətirir, o cümlədən Azərbaycan ilə İtaliya arasında yüksələn xətlə artan, intensiv və geniş dostluğu əks etdirir.

Bu təşəbbüsün həm rəmzi, nümunəvi mahiyyəti var, həm də o, əməkdaşlığımızın tacıdır və Prezident Əliyevin xatırlatdığı kimi, özünü müxtəlif formalarda və sektorlarda, yəni enerjidən tutmuş iqtisadiyyat və sənaye sahələrində büruzə verir. Həm də bu məkan ölkələrimizi, onun vətəndaşlarını sıx bağlayan mədəniyyəti, elmi tədqiqatları, təhsili təcəssüm etdirir.

Azərbaycana yenidən gəlmək məqsədilə məni nəzakətlə dəvət etdiyinə görə Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu cür möhtəşəm tələbə şəhərciyini açmaq münasibətilə mənə etdiyi dəvətdən şərəf hissi duyuram. Həqiqətən olduqca minnətdaram.

Bütün bunları diqqətini öz vətəndaşlarının rifahına yönəldən, onların həyatına qayğı ilə yanaşan, gələcəyi haqqında düşünən ölkələrimiz arasında münasibətləri nümayiş etdirmək fürsəti kimi görürəm. Bakı və Roma nəinki coğrafi baxımdan təmaslar tarixini yazıblar, hətta ticarət baxımından kəsişən yollar vasitəsilə mallar və məhsulların mübadiləsi salnaməsini yazıblar, o cümlədən öz bilikləri, perspektivləri, dostluq və əməkdaşlıq planları ilə də bölüşüblər.

Bunların İtaliya-Azərbaycan Universiteti timsalında bu cür səmərəli, konkret formada və yüksək keyfiyyətlə yenilənməsi, həmçinin bütün beynəlxalq ictimaiyyətə bir ismarışdır. Bu əməkdaşlıq bacarıqları, istedadları, resursları və perspektivləri tamamlayır. Cənab Prezidentlə birlikdə universitetin bu cür möhtəşəm binasını görməkdən çox məmnunam. Bu təhsil ocağı dosent və tələbələrə nəinki tədqiqatlar aparmaq, işləmək, öyrənmək, bilikləri fəal şəkildə artırmaq imkanını verəcək, eləcə də bu ərazidə universitet həyatını duymaq fürsətini yaradacaq. İnkişaf perspektivləri haqqında düşünərkən belə inkişaf meyillərinin Azərbaycanın bütün ərazilərində geniş vüsət almasını arzulayıram. Beynəlxalq əhəmiyyətli təşəbbüslərin burada çox olmasını istərdim. Bu cür birgə perspektivlər İtaliya-Azərbaycan Universitetimizin rolunu daha da artıracaq. Universitetin əks etdirdiyi və ifadə etdiyi mədəniyyət biliklərin daşıyıcısı kimi ismarışları daha səmərəli edəcək.

Bu münasibətlə burada təhsil alan və alacaq tələbə qızlara, oğlanlara ən böyük təbriklərimi çatdırıram. Onlar nəinki öz ölkəsinin təhsil ocağında təhsil alacaq, eləcə də bizim ölkənin digər təhsil ocaqlarındakı tələbələrlə, dosentlərlə və tədqiqatçılarla virtual deyil, real və səmərəli şəkildə əlaqə saxlamaq imkanını qazanacaqlar. Həmçinin bizim tələbələr, dosentlər və tədqiqatçılar azərbaycanlı həmkarları ilə təmas quracaqlar. Biliklər bu cür dərinləşir, imkanların miqyası artır. Bu halda həmin təcrübə və təşəbbüs inanılmaz dərəcədə dəyərli alətə çevrilir.

Bildirmək istərdim ki, Prezident Əliyevlə iştirakçı universitetlərin gördüyü iş, o cümlədən böyük əhəmiyyətli nəticələr vermiş həmin qeyri-adi təşəbbüs haqqında artıq danışdıq. Bütün bunlar həmin təhsil ocağının ərsəyə gəlməsi ilə bağlı təşəbbüsün və məramın düzgünlüyünü göstərir.

Gördüyünüz işlərə görə sizə sağ ol deyirik. İtaliya bu təşəbbüsdə Azərbaycanla birgə iştirak etməkdən fərəhlənir. Cənab Prezident, həqiqətən çox məmnunam ki, biz beynəlxalq səviyyədə bu cür əhəmiyyətli nümunə göstəririk, yəni, əməkdaşlığın dərinləşməsi və inkişafı, istedadlı gənclərimizin təhsili təmin edilir. Ağır münaqişə və toqquşmalarla səciyyələnən hazırkı beynəlxalq vəziyyət fonunda biz məmnuniyyətlə əməkdaşlıq edirik, nəinki iqtisadiyyat, sənaye sahələrində, o cümlədən mədəniyyət, gənclərin təhsili, onların formalaşdırılması sahəsində çalışırıq. Bəşəriyyət isə hər zaman bu yolda olmalıdır. Bəşəriyyəti irəliyə aparan yalnız gənclər olacaq. Qlobal səviyyədə çox işlər görmüşük. Mədəniyyət, təhsil və tədqiqatların dərinləşməsi olmadan bu çağırışlar qarşısında dayanmaq mümkün olmayacaq. Bu amal İtaliya-Azərbaycan Universiteti tərəfindən dəyərləndirilir və onun üçün əməkdaşlıq aparılır.

Gördüyünüz işlərə görə təşəkkür edirəm. Rektorları, dosentləri və tələbələri təbrik edirəm!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub YENİLƏNİB VİDEO

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

NATO-nun Hərbi Komitəsinə alman general rəhbərlik edəcək

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Bu saata olan əsas xəbərlər

Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Həsən Həsənov: Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması nəticəsində yaranmayıb

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Ellada Bəkirova: Alban xristianlığından qalan müqəddəs yerlər xalqımızın tarixi yaddaşında yaşayıb

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Deputat: 28 Maydan 20 Sentyabra uzanan yol Azərbaycanın dövlətçilik iradəsinin tarixidir

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Göygölə dolu düşüb - FAKTİKİ HAVA

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu – RƏY

Qubada Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi qeyd olunub

Münxendə 191-ci Oktoberfest start götürüb

Şair Ramaldanov: Antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini tam bərpa edib

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Türkiyədə “Prezident Administrasiyasının arxivindən fotolarla. Demokratiyaya vurulan zərbə: 27 May” kitabı nəşr olunub

Türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi prioriteti olaraq qalır – ŞƏRH

Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?

“Qədim daşlar arasında” klassik musiqi

Həkəri çayında batan şəxsin meyiti tapılıb

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

Emin Bağırov: 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gündür

Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə töhfə verir – ŞƏRH

AMEA rəhbərliyi və Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanın məzarını ziyarət edib

“Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rumıniya mətbuatı: Azərbaycan qazı qış ərəfəsində ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir - ŞƏRH

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Bazar gününün hava proqnozu açıqlanıb

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Ordubadda “Cənnətin iqamətgahı” filminin premyerası olub

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Suriyada silah anbarında partlayış baş verib, ölənlər var

Qazaxda doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Dörd yaşında yarımçıq qalan ömür