Azərbaycanın bədii gimnastları III MDB Oyunlarında 8 medal qazanıblar VİDEO
Şəki, 8 oktyabr, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bədii gimnastika üzrə yarışlara yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın qrup hərəkətləri komandası daha bir medal qazanıb.
Yığma 5 gürzlə hərəkətlərdə bürünc mükafata yiyələnib.
Bununla da Azərbaycan bədii gimnastika millisi Oyunları 4-ü gümüş, 4-ü bürünc olmaqla ümumilikdə 8 medalla başa vurub.