Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Mən böyüyəndə əsgər olacağam" - Şəhid Mahir Paşayevin gerçəkləşən arzusu VİDEO

Cəlilabad, 29 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Vətənin bütövlüyü uğrunda canlarını qurban verən, müqəddəs torpaqlarımızı öz qanları ilə qoruyaraq şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizdən biri də şəhid Mahir Bəxtiyar oğlu Paşayevdir. O, Vətən torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə böyük igidlik nümayiş etdirib, Vətən uğrunda canını fəda etməklə xalqımızın yaddaşına əbədi qəhrəman kimi həkk olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mahir Paşayev 1997-ci il sentyabrın 1-də Cəlilabad rayonunun Əsədli kəndində dünyaya göz açıb.

2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb, Aprel döyüşlərində də iştirak edib.

Azərbaycan Ordusunun kiçik çavuşu Mahir Paşayev, 2020-ci il sentyabrın 27-də başlayan və Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə aparılan Vətən müharibəsində fəal iştirak edib. O, ən ağır döyüşlərdə böyük cəsarət və rəşadət göstərib.

Mahir Paşayev döyüş meydanında göstərdiyi igidlik nəticəsində silahdaşları arasında da hörmət qazanıb.

Şəhidin atası Bəxtiyar Paşayev oğlunun göstərdiyi qəhrəmanlıqdan qürur hissi keçirdiyini bildirir. Şəhid atası söyləyir ki, Mahir uşaqlıq illərindən hərb sənətinə xüsusi maraq göstərib, hər zaman Vətənə xidmət etməyi arzulayıb. O, tez-tez “böyüyəndə hərbçi olacağam” deyər, bu arzusu ilə yaşayardı. Mahir sonradan həmin arzusunu gerçəkləşdirərək Vətən uğrunda canından keçməklə, bu müqəddəs yolun ən uca zirvəsinə – şəhidlik məqamına yüksəlib: “Mahir uşaqlıqdan çox fərqli idi… Hər zaman hərb sahəsinə böyük maraq göstərirdi. Hələ balaca vaxtlarından əlinə oyuncaq silah alar, “mən böyüyəndə əsgər olacağam, Vətəni qoruyacağam”, - deyərdi. Biz o zaman bunu, sadəcə, uşaq arzusu kimi qəbul edirdik, amma o, bu sözünü ürəkdən deyirmiş... Mahir böyüdükcə Vətən sevgisi də onunla bərabər böyüyürdü. 2015-ci ildə ordu sıralarına qoşuldu, xidmətini böyük məsuliyyət və fəxarətlə yerinə yetirdi. Aprel döyüşlərində də iştirak etdi, vətənpərvərliyi ilə həm döyüş yoldaşlarının, həm də komandirlərinin rəğbətini qazanmışdı. Vətən müharibəsi başlayanda o, bir an belə tərəddüd etmədən ön cəbhəyə getdi. Xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət edib və snayperçi kimi döyüşlərdə böyük şücaət göstərdi. Döyüş yoldaşlarının dediyinə görə, Mahir hər zaman cəsarəti, mərdliyi və Vətənə olan sonsuz sevgisi ilə seçilib. “Bu torpaqlar bizimdir, biz azad etməliyik” deyərək, son damla qanına qədər vuruşub. Təəssüf ki, 2020-ci il oktyabrın 9-da Hadrut istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid oldu… Bəli, bu, bir ata üçün ən ağır itkidir…”, - deyə şəhid atası bildirir.

Şəhidin anası Mətanət Paşayeva ilə söhbət edirik. Deyir ki, Mahir uşaqlıqdan çox mərd, vicdanlı və qayğıkeş uşaq olub. O, həmişə ailəsinə bağlı, dostlarına sadiq idi: “Mahir hələ kiçik yaşlarından çox məsuliyyətli olub. Evdə hər işdə bizə kömək edərdi, heç vaxt “yoruldum” deməzdi. Uşaqlıqdan hərbi forma geyinməyə, əsgərlərə baxmağa xüsusi maraq göstərirdi. Televizorda hərbi paradlara baxanda deyirdi ki, “ana, bir gün mən də o sırada addımlayacağam”. O, Vətən üçün canından keçəcəyini sanki bilirdi və bundan qorxmurdu. Mahirin qardaşı da müharibədə iştirak edirdi. Hər dəfə zəng edəndə birinci qardaşını soruşurdu. Sonra deyirdi ki, “ana, dua et, qələbə bizimlə olsun...”.

Qeyd edək ki, 2020-ci il oktyabrın 9-da Hadrut istiqamətində gedən şiddətli döyüşlər zamanı Mahir Paşayev rəşadətlə vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi doğulduğu Cəlilabad rayonunun Əsədli kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Mahir Bəxtiyar oğlu Paşayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət" ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” , “Cəbrayılın azad olunmasına görə”, Kəlbəcərin azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

"Mən böyüyəndə əsgər olacağam" - Şəhid Mahir Paşayevin gerçəkləşən arzusu VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Elmi dərəcə və ad alan 56 şəxsə diplom və attestatlar təqdim olunub

Professor: Mədəniyyət sülhün mühüm mənəvi dayağıdır

“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq

Böyük Britaniyada təhsil alan azərbaycanlı mütəxəssis: Süni intellekt kiberhücumları daha mürəkkəb hala gətirir - MÜSAHİBƏ

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərin sayı açıqlanıb – STATİSTİKA

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Niderlandla müsbət siyasi dialoq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verir

Samuxda əmək yarmarkası: 15 müəssisə iş imkanları təklif edib

Oktyabrda 704 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

“Meta”, “TikTok” və “X” Böyük Britaniyanın mediatənzimləyicisinə qarşı məhkəmədə uduzub