Azərbaycan Dövlət İnformasiya Agentliyi

Metyu Brayza: Strateji Tərəfdaşlıq Xartiyası onilliklərə söykənən əməkdaşlığı yeni siyasi mərhələyə yüksəldir - ŞƏRH VİDEO

Metyu Brayza: Strateji Tərəfdaşlıq Xartiyası onilliklərə söykənən əməkdaşlığı yeni siyasi mərhələyə yüksəldir -  ŞƏRH VİDEO

Bakı, 13 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Həm Amerika Birləşmiş Ştatları, həm də Azərbaycan hökumətləri ABŞ-Azərbaycan arasında imzalanmış Xartiyanı yeni strateji tərəfdaşlıq dövrünə qədəm qoyan əlamətdar ikitərəfli müqavilə kimi xarakterizə edirlər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza səsləndirib. Onun sözlərinə görə, sənədin məzmunu müəyyən mənada ABŞ və Azərbaycanın uzun illərdir həyata keçirdiyi əməkdaşlıq istiqamətlərinə əsaslansa da, fərq ondan ibarətdir ki, hazırkı administrasiya bu əməkdaşlığı açıq şəkildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyini bəyan edir.

“Düzdür, Xartiyanın mahiyyəti tamamilə yeni deyil. ABŞ ilə Azərbaycan regional bağlantılar, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq sahəsində onilliklərdir birlikdə çalışır. Lakin bu dəfə ton fərqlidir. Bu, uzunmüddətli siyasi öhdəlik və ABŞ biznesinin regionda daha genişmiqyaslı iştirakına dair aydın mesajdır. Məsələn, Xartiyanın əsas sütunları regional əlaqədir, yəni Zəngəzur dəhlizi - Beynəlxalq Sülh və Rifah Üçün Tramp Marşrutu və Orta Dəhliz. Bu, ABŞ və Azərbaycanın hələ Prezident Bill Klintonun administrasiyasından bəri üzərində işlədiyi bir məsələdir və ölkələrə, həmçinin şirkətlərə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz təbii qaz kəmərinin inkişafı üçün razılığa gəlməyə kömək etmək üçün əməkdaşlığa və regiona cəlb edilməsinə səbəb oldu. Əlbəttə, bildiyimiz kimi, bu qaz kəməri Azərbaycan qazını Avropaya çatdıran cənub dəhlizinə çevrilib.

Beləliklə, biz bir müddətdir ki, bu layihələr üzərində işləyirik, lakin fərqli olan məsələ Tramp administrasiyasının ABŞ-ın bu regional əlaqə layihələrində investisiya və ABŞ-ın biznes iştirakı baxımından uzunmüddətli öhdəliklərini təklif etməsidir. ABŞ və Azərbaycanın keçmişdə etdiklərinə bənzər, lakin eyni zamanda, yeni olan ikinci sütun iqtisadi və texnoloji investisiyalar üçündür. Enerji, dediyim kimi, ABŞ və Azərbaycanın 1990-cı illərin ortalarından bəri birlikdə çalışdıqları strateji xartiyanın əsas komponentidir. Fikrimcə, fərqli olan odur ki, indi elektrik enerjisi, mülki nüvə enerjisi və kritik minerallar sahəsində daha geniş əməkdaşlıqdan danışılır. Bu, yeni və müsbət haldır”, - deyə M.Brayza bildirib.

Ekspert vurğulayıb ki, Xartiyanın ikinci mühüm istiqaməti iqtisadi və texnoloji əməkdaşlıqdır. M.Brayzanın sözlərinə görə, enerji sektoru yenə əsas komponent olaraq qalır, lakin sənəddə elektrik enerjisi sahəsində əməkdaşlıq, mülki nüvə enerjisi və kritik minerallar kimi yeni istiqamətlər də yer alır. “Bu, əvvəlki enerji əməkdaşlığının genişləndirilməsi deməkdir. Bundan əlavə, texnoloji sahədə süni intellekt üzrə əməkdaşlıq perspektivi xüsusi diqqət çəkir. Mənim qənaətimcə, bu, ABŞ investisiyaları hesabına data mərkəzlərinin yaradılması və yüksə ixtisaslı texnoloji işçi qüvvəsinin formalaşdırılması kimi təşəbbüsləri əhatə edə bilər”, – deyə ekspert bildirib.

Strateji Xartiyanın üçüncü əsas sütunu təhlükəsizlik və müdafiə əməkdaşlığıdır. Sabiq səfir qeyd edib ki, sənəddə ABŞ müdafiə satışlarının, o cümlədən patrul qayıqları və fərdi mühafizə vasitələrinin mümkünlüyü vurğulanır.

“Bu da tamamilə yeni deyil. Azərbaycanda səfir olduğum dövrdə və ondan əvvəlki illərdə belə əməkdaşlıq mövcud idi. Lakin Xartiya təhlükəsizlik sahəsində yeni mərhələyə keçidi nəzərdə tutur və əlavə hərbi əməkdaşlıq formalarının mümkünlüyünü açıq saxlayır”, – deyə M.Brayza bildirib.

Müsahibimiz diqqətə çatdırıb ki, terrorizmlə mübarizə və humanitar minatəmizləmə sahəsində əməkdaşlıq uzun illərdən bəri davam edir. Lakin kibertəhlükəsizlik sahəsində əməkdaşlığın ayrıca vurğulanması yeni element kimi qiymətləndirilə bilər.

Ekspert hesab edir ki, Strateji Tərəfdaşlıq Xartiyası həm də ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin yekunlaşmasına siyasi dəstək vermək niyyətini əks etdirir. O qeyd edib ki, tərəflər artıq əvvəlki dövrdə intensiv danışıqlar apararaq sülh müqaviləsinin mətnini razılaşdırıblar.

“Prezident Trampın şəxsi iştirakı və bu Xartiya sülh prosesini yekun mərhələyə çatdırmağa kömək edə bilər. Bu, ABŞ-ın özünü sülhün təşviqində əsas vasitəçi kimi təqdim etmək istəyinin də göstəricisidir”, – deyə Metyu Brayza bildirib.

Ekspertin fikrincə, sənəd, eyni zamanda, ABŞ-ın Cənubi Qafqazda iqtisadi mövcudluğunu genişləndirmək və strateji təsir imkanlarını artırmaq strategiyasının tərkib hissəsidir. O hesab edir ki, Vaşinqton üçün prioritet regionda sabitliyin qorunması və heç bir xarici gücün dominant mövqe əldə etməməsidir.

“Burada söhbət konkret olaraq hansısa ölkəni “cilovlamaqdan” çox, regionda balansın və sabitliyin qorunmasından gedir. Məqsəd Cənubi Qafqazın sabit və açıq iqtisadi məkan olaraq qalması, ABŞ investorlarının Azərbaycan tərəfdaşları ilə birlikdə iqtisadi artım, yeni iş yerləri və qarşılıqlı mənfəət yarada bilməsidir”, – deyə ekspert əlavə edib.

Metyu Brayza qeyd edib ki, Strateji Tərəfdaşlıq Xartiyası məzmun baxımından mövcud əməkdaşlığın davamı olsa da, siyasi iradə və strateji çərçivə baxımından münasibətləri daha yüksək səviyyəyə qaldırır.

Metyu Brayza: Strateji Tərəfdaşlıq Xartiyası onilliklərə söykənən əməkdaşlığı yeni siyasi mərhələyə yüksəldir -  ŞƏRH VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-ə yaxın husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır