Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
“ARB Günəş” televiziyasının yeni layihəsi olan “Laylay” klipi əsrlərin dərinliyindən — Azərbaycanın bulaqlarından, çaylarından, dağlarından, meşələrindən, bir sözlə, hər bir guşəsindən süzülüb gələn müqəddəsliyi və milli ruhu yaşadır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əməkdar artist Dilarə Əliyeva deyib.
O bildirib ki, layihədə səslənən nəğmənin təsiri altında insan bir anlıq uşaqlıq illərinə qayıtmaq, körpəlik duyğularını yenidən yaşamaq istəyir:
“Məncə, bu layihə Türk dünyasını birləşdirəcək bir səs, bir nəfəsdir. Bu səsdə bizim ortaq tariximiz, yaddaşımız və mənəvi dəyərlərimiz yaşayır”.
Müxbir - Gülay Nəzərova
Fotomüxbir - Azər İbrahimov
Operator - Mir Rəsul Cəfərov