Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Bakıda keçirilən beynəlxalq şəhərsalma tədbirləri və sərgilər Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlıq platforması kimi mövqeyini gücləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Xəzər İnşaat Həftəsinin açılış mərasimində söyləyib.
D.Dövlətxanov qeyd edib ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə xüsusi diqqətin göstəricisidir.
“Cari ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhərsalma sahəsində aktual məsələlərin müzakirəsi və beynəlxalq təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyıb. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır”, - deyə o qeyd edib.
O, Xəzər İnşaat Həftəsinin də yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platforması olduğunu deyib.