60 MİN DANİMARKALI KARİKATURA QALMAQALINDAN SONRA MÜSƏLMANLARLA BARIŞMAQ İSTƏYİR
“Məhz indi razılıq” kampaniyasının təşkilatçıları mübahisəyə cəlb olunmuş bütün tərəfləri, ilk növbədə, Danimarka rəhbərliyini münaqişəni həll etmək məqsədi ilə əməkdaşlığa çağırmışlar. Per Stiq Meller müraciəti aldıqdan sonra demişdir ki, bu, yaxşı təşəbbüsdür. Danimarkalılar xoş məram nümayiş etdirirlər.
Xatırladaq ki, Məhəmməd Peyğəmbərə karikaturalar ilk dəfə 2005-ci ilin sentyabrında Danimarkanın “Yullands-posten” qəzetində verilmişdi.
Münaqişə müsəlman aləmində kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Tənqidçilərin fikrincə, müsəlmanlardan üzr istəməkdən imtina edən və müsəlman ölkələrinin səfirlərinin ölkənin baş naziri ilə görüşməsinə şərait yaratmayan Danimarka hökuməti böhranın qarşısını ala bilməmişdir. Lakin Danimarka hökuməti dəfələrlə açıqlamışdır ki, müstəqil qəzetin dərc etdiklərinə görə cavabdeh ola bilməz.