64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru
Bakı, 13 iyul, AZƏRTAC
Yaponiyanın Çiba şəhərində keçirilən 64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında şagirdlərimiz uğurla çıxış ediblər.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 112 ölkə üzrə 618 şagirdin iştirak etdiyi yarışda 6 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş, 1 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıb.
Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Fidan Qarayeva gümüş, Cəlil Hüseynov bürünc medal qazanıblar. Həmin liseyin X sinif şagirdi İbrahim Kərimli və XI sinif şagirdi Anar Mehdiyev, həmçinin Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın XI sinif şagirdi Fərrux Əsədov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi Mirhəbib Əsgərov həvəsləndirici mükafata layiq görülüblər.
Onu da qeyd edək ki, Fidan Qarayeva Asiya üzrə Məryəm Mirzəxani mükafatı ilə təltif olunub. Sözügedən mükafat hər bir regionda ən yüksək nəticə göstərən məktəbli qızlara təqdim edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]