Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub VİDEO

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil olunub.

Rəsmi qəbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Tomislav Nikoliç, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri, Monako Knyazlığının şahzadəsi II Albert, San-Marinonun dövlət başçıları - Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini, Bolqarıstanın Baş naziri Boyko Borisov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qırğızıstanın Baş nazirinin birinci müavini Tayrıbek Sarpaşov, Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek, Slovakiya Parlamentinin sədri Peter Pelleqrini, Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf, Latviya Parlamenti sədrinin müavini Andrey Klementiyev, Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron, Ukrayna Dövlət Fiskal Xidmətinin sədri, Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun başçısı Roman Nasirov, Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah bin Mosaad, Küveytin informasiya və gənclər naziri Şeyx Salman Əl-Hamoud Əl Sabah, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi, İran İslam Respublikasının idman və gənclər naziri Mahmud Qudərzi, Türkiyənin energetika naziri Taner Yıldız, Böyük Britaniyanın xarici işlər nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud, Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De Toca, İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Latviyanın sabiq Prezidenti Valdes Zatlers və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşdülər.

Dünyanın idman tarixində silinməz iz qoyacaq ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində yüksək səviyyəli qonaqların iştirakı bu Oyunların əhəmiyyətini bir daha təsdiq edir. Avropa Oyunlarına bütün dünyada böyük maraq var. Qitənin idman tarixində mühüm hadisə olan bu Oyunların Azərbaycanda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan və dünyada formalaşdırdığı müsbət imicdən irəli gəlir. Bu amil həm də Azərbaycanda idmana göstərilən qayğı, idman sahəsində əldə olunan uğurlarla da sıx bağlıdır. Avropa idman ailəsinin bu qərarı Azərbaycandakı ictimai-siyasi sabitliyə və son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərə inamın təsdiqidir. Prezident İlham Əliyevin hərtərəfli fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün səyləri birləşdirdi. Qısa müddətdə yeni müasir idman obyektlərinin inşası, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirildi. Ölkəmizdə bu Oyunları yüksək səviyyədə keçirmək üçün yaradılan şərait, qısa müddətə görülən işlər və reallaşdırılan layihələr bir daha sübut edir ki, beynəlxalq idman ailəsinin üzvü olan Azərbaycanda başlanılan bütün işlər vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilir. Bu isə Avropa Oyunlarının standartını yaradan Azərbaycanı yenidən dünyanın diqqət mərkəzinə çevirir. Azərbaycan da daxil olmaqla Avropanın 50 ölkəsindən 6000-dən artıq idmançının qatıldığı birinci Avropa Oyunları dünya idman tarixində mühüm hadisə kimi qalacaq.

Rəsmi qəbulda birinci Avropa Oyunlarına dair qısa videoçarx nümayiş etdirildi.

Dövlətimizin başçısı İlham Əliyev rəsmi qəbulda çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Hörmətli xanımlar və cənablar, əziz qonaqlar.

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Xaricdən gələn bütün qonaqlara “Azərbaycana xoş gəlmisiniz” deyirəm.

Bir neçə saatdan sonra Bakıda birinci Avropa Oyunları başlayır. Bu hadisə münasibətilə ilk növbədə bütün Azərbaycan xalqını, bütün Avropa xalqlarını təbrik edirəm. Əminəm ki, bu idman yarışı dostluq, mehribanlıq bayramına çevriləcəkdir.

Bu, ölkəmiz üçün tarixi hadisədir. Çünki bu günə qədər ölkəmizdə bu miqyasda idman yarışları keçirilməmişdir. Eyni zamanda, bu, Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməmişdir. Baxmayaraq ki, olimpizm hərəkatının və olimpizm ideyalarının vətəni Avropadır. Bu tarixi qərar 2012-ci ilin dekabrında qəbul edilib. Bu qərarın qəbul edilməsinə görə Avropa Olimpiya Komitəsinə və şəxsən onun prezidenti cənab Patrik Hikkiyə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qərar gələcəkdə Avropa idmanının inkişafında müsbət rolunu oynayacaq.

Qərar qəbul olunandan sonra biz Azərbaycanda dərhal Oyunların Təşkilat Komitəsini yaratdıq. Ondan sonra yerli və beynəlxalq nümayəndələrdən ibarət Əməliyyat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsi və Əməliyyat Komitəsi çox fəal işləyərək qısa müddət ərzində belə mötəbər idman yarışını hazırlayıb.

Əlbəttə, bu Oyunların hazırlanmasında könüllülər çox böyük rol oynamışlar. İyirmi minə yaxın yerli və xarici könüllü bu Oyunların keçirilməsi üçün bu illər ərzində çox fəal işləyiblər. Mən onların rolunu xüsusilə qeyd etmək istəyirəm. Onların mütləq əksəriyyəti gənclərdir. Onlar bizim gələcəyimizdir. Əlbəttə, bu əvəzolunmaz təcrübə gələcək həyatda onlar üçün müsbət rol oynayacaq.

Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir. İdmanın, Olimpiya hərəkatının inkişafı Azərbaycanda dövlət siyasətidir. İdmançılarımız da bizi böyük uğurlarla, qələbələrlə sevindirirlər. Deyə bilərəm ki, son Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları komanda hesabında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülmüşlər.

Gənc idmançılarımız da bizi sevindirir. 2014-cü ildə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 200-dən çox iştirakçı arasında 10-cu yerə layiq görülmüşdür. Bu, onu göstərir ki, gözəl gənc nəsil yetişir və idmanın ənənələri möhkəmlənir. Əlbəttə ki, bu, ölkəmizin inkişafına müsbət təsir göstərir.

İdman ictimaiyyəti həyatımızın ayrılmaz hissəsidir. Təsadüfi deyil ki, birinci Avropa Oyunları Bakıda keçirilir. Hesab edirəm ki, burada idmançılarımızın uğurları ilə yanaşı, digər amillər də öz rolunu oynamışdır. Azərbaycanda çox inkişaf etmiş idman infrastrukturu yaradılmışdır. Bizim bölgələrimizdə 50-yə yaxın olimpiya idman mərkəzi yaradılmışdır. Bakıda isə bütün idman qurğuları, idman obyektləri ən yüksək standartlara cavab verir. Oyunların iştirakçıları və qonaqlar özləri bunu təsdiq edəcəklər.

Şəhər infrastrukturu çox inkişaf edib. Xüsusilə Oyunlara hazırlıq zamanı bu sahəyə daha böyük diqqət göstərilmişdir. Nəqliyyat sistemimizin, xidmət sektorunun təkmilləşdirilməsi, yeni otellərin açılışı əlbəttə ki, gələcəkdə Azərbaycana gələn turistlərin sayını böyük dərəcədə artıracaq. Eyni zamanda, Avropadan gələn minlərlə qonaq Azərbaycanı yaxından tanıyacaq. Əminəm ki, onların bir çoxu gələcəkdə Azərbaycana qayıtmaq istəyəcəklər.

Azərbaycanda siyasi sabitlik mövcuddur. Ölkənin uğurlu dayanıqlı inkişafı təmin edilir. İqtisadi inkişafımız da xalqımızı sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox artmışdır. Son 10 il ərzində isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə inkişaf etmişdir və 3 dəfədən çox artmışdır. Bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları yüksək səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər.

Bir önəmli amili də qeyd etmək istəyirəm. Bu da Oyunlara ictimaiyyət tərəfindən verilən dəstəkdir. Azərbaycan xalqı birinci Avropa Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışlayır. Bu, son iki il ərzində bir növ ümumxalq məsələsinə çevrilmişdir. Oyunların məşəlini bütün bölgələrdə, o cümlədən Bakıda qarşılamaq üçün iki milyona yaxın insan küçələrə, meydanlara çıxmışdır ki, məşəli salamlasın və Oyunlara öz güclü ictimai dəstəyini versin.

Oyunlar bu gün başlayır. Bu günlər ərzində - iyunun 28-dək idmançılar öz güclərini göstərəcəklər. Oyunlardan sonra əlbəttə ki, həyat davam edəcək. Azərbaycan digər böyük mötəbər idman yarışlarına ev sahibliyi edəcəkdir. 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir. Eyni zamanda, 2016-cı ildə “Formula-1” yarışı Bakıda keçiriləcəkdir. 2017-ci ildə İslam Həmrəylik Oyunları Azərbaycanda, Bakıda keçiriləcəkdir. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup mərhələsi və dörddəbir final yarışları Bakıda keçiriləcəkdir. Yəni, Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib. Əminəm ki, Bakıya gələn və gələcək yarışlarda iştirak edəcək idmançılar, qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla ayrılacaqlar.

Oyunlar başlayır. Bütün komandalar hazırdır. Azərbaycan xalqı Oyunların başlamasını səbirsizliklə gözləyir. Bizim üçün bu tarixi bir gündə bütün idmançılara, bütün qonaqlara bir daha “Xoş gəlmisiniz” deyirəm, idmançılara uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin. Sağ olun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub VİDEO

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb