Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 gün İtaliyada: Milan, Komo, Paduya və Abano

Bakı, 13 aprel, AZƏRTAC

Milan, Venesiya, Florensiya, Neapol, Roma - bu, İtaliyaya ilk dəfə getməyi planlaşdıran turistlərin seçdiyi əsas marşrutdur. Səyahət büroları bu və ya oxşar şəhərlərin siyahısını öz turpaketlərinə daha tez-tez daxil edirlər. Təyinat məntəqələrinin adları dəyişə bilər. Dəyişməyən isə odur ki, Romada qalmağa, bir qayda olaraq, ən yaxşı halda 3 gün, yerdə qalan şəhərlərə isə bircə gün ayrılır. Biz də hər şeyi əldə etmək və səkkiz gün ərzində İtaliyanı şimaldan cənuba gəzmək istədik.

Qabaqcadan deyim ki, səfər gərgin, lakin maraqlı oldu. Avropanı “dördnala çapmaq” zərb-məsəlinin nə demək olduğunu özümüz yaşayaraq bir çox yerləri gəzib dolaşdıq: Milanda dünya sərgisinə baş çəkdik, Komo gölündə bərədə gəzdik, Padiyada Cotto freskalarına tamaşa etdik, Abano Termenin isti bulaqlarından zövq aldıq. Həmçinin Florensiyanın Santa-Mariya-del-Fyore kilsəsinə baxmağa, pitsanı vətəni Neapolda dadmağa, Pompeyin xarabalıqlarını gəzməyə, Vezuvi dağına dırmaşmağa, Roma Kolizeyi fonunda şəkil çəkdirməyə və Vatikanı görməyə müvəffəq olduq.

Beləliklə, İtaliyanın bu və bir çox digər yerlər barədə reportajımızı təqdim edirik:

 

Rekordlar sərgisi və ipəyin paytaxtı

Səyahətimizi Miandan başladıq. Orada “Milan Ekspo-2015” dünya sərgisi öz işini başa çatdırırdı. Vaxtilə Parisin Eyfel qülləsi (1889), Brüsselin Atomiumu (1958) bu sərginin rəmzi olub. Bu cür dünya miqyaslı sərgiyə getməmək mümkün deyildi. Üstəlik Milan sərgisində Azərbaycan ayrıca pavilyonla təqdim edilmişdi. Jurnalist akkreditasiyasının alınması işini yoluna qoyaraq tezliklə biz fotoqrafla artıq Eksponun ərazisində gəzirdik. Bizim cəmi beş saat vaxtımız var idi, proqrama əsasən axşam başqa şəhərə getməli idik.

İtaliyada may ayından oktyabradək keçirilən sərginin başa çatmasına cəmi beş gün qalırdı, iynə atsaydın, adam əlindən yerə düşməzdi. Biletin qiyməti 34 avrodan başladığı üçün adamlar bura ailəliklə gəlir və bütün ölkələrin pavilyonlarının qarşısında uzun növbələr düzülürdü. Akkreditasiyası olan jurnalistləri növbədənkənar buraxmasaydılar, “yarım gün ərzində sərgiyə baxmaq” missiyası baş tutmayacaqdı.

Qeyd edək ki, “Milan Ekspo-2015” sərgisi “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi altında keçirilirdi və əksər ölkələrin sərgisi ərzaq mövzusuna həsr edilmişdi. Anqolanın pavilyonunda basdırılan barlı qoyunağacında mat qalmamaq mümkün deyildi. Belçikalılar şokolad satır, Ruanda dünyaya qəhvə yetişdirmək ənənəsini nümayiş etdirirdi. Sərgidə iştirak edən 144 ölkədən 60-nın pavilyonu var idi, yerdə qalanlar ümumi zalda yerləşmişdi.

Biz, nəhayət, növbənin arasından dürtülə-dürtülə “doğma yurda” çatdıq. Bacarıqla hazırlanmış ekspozisiyada kompot dolu üç litrlik balonlar interaktiv displeylə yanaşı durmuşdu. Milli mətbəx restoranının terrasına keçid bağlı idi, birinci mərtəbədəki kafedə isə “azərçay” paketinin çayı 1 avroya satılırdı.

Beş-altı pavilyona baş çəkdikdən sonra sərgilənən məmulatlar bir-birinə qarışmağa başladı və hansı ölkənin “qonağı” olmağın deyil, ekspozisiyanın maraqlı olması ön plana keçdi. Ümumilikdə bu sərgi rekordları ilə yadda qalacaq. Məsələn, İtaliya pavilyonunda 27 çörəkçi Ginnesin Rekordlar Kitabının münsiflər heyəti qarşısında dünyanın ən uzun bagetini bişirib, üzərinə şokolad pastası çəkərək sərgiyə gələnlərə təqdim etdilər. Polşa pavilyonu qarşısında isə çəkisi 500 kiloqram olan “Varşava su pərisi” şokolad heykəli qoyulmuşdu. Yarım il ərzində sərgiyə 20 milyondan çox adam gəlib, milanlılara isə bu sərgidən xatirə hədiyyəsi kimi yeni metropoliten xəttinin istifadəyə verilməsi qalıb.

Siz bu sətirləri oxuyanda “Milan Ekspo-2015” artıq tarixə qovuşub. Lakin sizin bu il çoxlarının sevdiyi Antalyada keçiriləcək dünya sərgisinə düşmək şansınız var.

Avtomobil bizi gözucu belə nəzər yetirmək imkanımız olmadığı Milandan uzaqlaşdırdı. Lakin bir gündən sonra bura bir neçə saatlığa olsa da qayıtmağı özümüzə söz verdik. Hələlik isə bizi kurort şəhəri Komo gözləyirdi. Bura gəlib şəhəri yaxından görməyənədək onun adı bizə heç nə vəd etmirdi.

Milanın 43 kilometrliyində yerləşən Komo şəhəri olduqca gözəldir. Burada hər şey bir-birinə o qədər bağlıdır ki, biz ona ayrıca reportaj həsr etmişik (bax: http://azertag.az/xeber/Komo_Italiyanin_gizli_incisi-940902). Təkcə onu deyim ki, Komonun ən görməli yeri Avropada böyük və ən dərin olan göldür. Onun sahillərində çoxlu mənzərəli kiçik şəhərlər və kəndlər yerləşib. Burada yerli sakinlərlə yanaşı, məşhur adamları da görmək olar. Sərnişin gəmisi ilə göldə gəzərək Səudiyyə Ərəbistanı kralının, aktyor Corc Kluninin, siyasətçi Silvio Berluskoninin, müğənni Adriano Çelentanonun və başqa ulduzların villalarını görmək olar. Bundan başqa, Komo İtaliyanın ipək paytaxtıdır və dünyanın ən məşhur dizaynerləri bu şəhərin müəssisələrində öz kolleksiyaları üçün parça və ipək məmulatları sifariş verirlər. “Armani”, “Chanel”, “Versace”, “Kenzo”, “Prada” və digər brendlərin şərf, yaylıq və şallarının qiyməti paytaxt butiklərindəki qiymətlərdən ucuzdur. Komoda bir gün dincələndən sonra yolumuza davam etdik. Plan üzrə gündüzü Venesiyada, gecəni isə Abanoda keçirməli idik. Lakin əvvəlcə biz tələsik də olsa Milanı a gəzməyə qərar verdik. Başqa cür ola da bilməzdi.

 

“Atlantik kodeksi” və Milan pasajı

Komodan Milana qatarla getmək asandır. Qatara həm “Milano Centrale”, həm də ondan bir qədər aralıda, lakin onun kimi mərkəzdə yerləşən “Cadorna” vağzalında minmək olar. Hər iki vağzalın ətrafında kifayət qədər görməli yerlər var, lakin biz Venesiyaya getmək üçün qatara “Milano Centrale” vağzalında minməli olacaqdır. Ona görə də gəzməyi Kadorna vağzalından başladıq. Üstəlik onun yaxınlığında iki inci - rəngkarlıq və memarlıq incisi gizlənirdi.

İtaliya gözəlliyin vətənidir. Burada da Vinçi, Mikelancelo, Rafael, Titsian, Cotto və digər sənətkarlar yaşayıb-yaradıblar. Onların əsərləri təkcə rəsm qalereyalarını bəzəmir. Məsələn, Leonardo da Vinçinin məşhur “Sonuncu şam yeməyi” freskasının orijinalı Milanda kiçik “Santa-Mariya-della-Qrasiya” kilsəsinin divarında işlənib. Elə biz də ora bu incini, əsrlər boyu mistikləri heyrətləndirən bu sənət əsərini əyani görmək məqsədilə yola düşdük. Sözün düzü, bilirdik ki, ora daxil olmaq üçün biletləri saytdan sifariş etmək lazımdır, lakin biz bunu etməmişdik. Təbii ki, kassada bilet yox idi, hamısı bir ay qabaqdan satılmışdı. Yeri gəlmişkən, 15 dəqiqə baxmaq üçün biletin qiyməti 8 avrodan başlayır.

Jurnalistlər üçün yaxşı xəbər: əgər beynəlxalq press-kart (yazısı ingilis dilində olmalıdır) göstərilərsə, İtaliyanın bütün muzey və qalereyalarına - Kolizeydən Pompeyədək ödənişsiz getmək olar. Lakin arzu edilən qonaq olmağınıza əminlik üçün əvvəlcədən akkreditasiyadan keçmək lazımdır.

Bilet kassasında bizə səhər gəlməyi təklif etdilər, bəlkə “boş yer” olar və bizi içəri buraxarlar. Lakin biz səhəri İtaliyanın başqa şəhərində olmalı idik və təəssüf ki, bu variant bizi qane etmirdi. Lakin da Vinçinin əsərlərinin orijinalını görə bildik. Belə ki, təxminən tində - “Santa-Mariya-della-Qrasiya” kompleksinin bir hissəsi olan “Sakrestia Bramante” riznitsasında dahi italiyalının “Atlantik kodeksi” əlyazmasındakı əsərlərindən ibarət sərgi təşkil edilmişdi. Bu sərgi “Milan Ekspo-2015”ə həsr edilmişdi. Qeyd edək ki, 1119 səhifədən ibarət olan bu əlyazmanda rəssamın 1478-1519-cu illərdə müxtəlif mövzularda - aerodinamika, silah, musiqi alətləri, riyaziyyat, botanika və digər mövzularda çertyoj və yazılarını əhatə edir. Ekspozisiya zallarına girişin qiyməti 11,5 avrodur.

Yeri gəlmişkən, Milanın San-Siro cıdır meydanına getməklə Leonardo da Vinçi ilə bağlı əsərlərdən birini havayı seyr etmək olar. Orada rəssamın eskizləri əsasında 1999-cu ildə tökülmüş dünyanın ən böyük (7,5 metr) tunc heykəli qoyulub. Leonardo da Vinçinin öz dövründə at heykəli gildən hazırlanmış və ömrü uzun olmamışdı. Cıdır meydanı ilə üzbəüz isə futbolsevərlərin ürəyincə olan San-Siro stadionu yerləşir. Futbol üzrə iki dünya çempionatının - 1934 və 1990-cı illərin dünya çempionatının matçları burada oynanılıb, Bob Marli, Maykl Cekson, Madonna və başqaları bu stadionda çıxış ediblər.

Vaxtımız olduqca az idi və biz Milanın mərkəzinə doğru yönəldik. Kadorna vağzalına qayıtdıq və oradan piyada təxminən iki dəqiqəlik yolda daha bir görməli yerə - Sfortsa qəsrinə (Castello Sforzesco) baş çəkdik. Milan hersoqlarının rezidensiyası olmuş bu qəsr Moskva Kremlini xatırladır. XV əsrin ortalarında ucaldılmış qəsrin tərtibat işlərinə Leonardo da Vinçi şəxsən cəlb edilib. Doğrudur, qəsrdə rəssamın işlərindən dövrümüzə ancaq perqola və ədəbi təcrübəsinin əlyazmaları çatıb, hersoq otaqlarındakı freskalardan isə əsər-əlamət qalmayıb.

Hazırda Sfortsa qəsrində muzey qrupları (qədim Misir, tarixdən qabaqkı vaxtlar, musiqi alətləri, qablar və başqa muzeylər) yerləşir. Onlara giriş biletləri eynidir. Yeri gəlmişkən, həftənin cümə günlərində günün ikinci yarısında Milanın bütün muzeyləri ödənişsiz işləyir.

Qəsrin mərkəzi girişi ilə üzbəüz Largo Cairoli meydanından piyadalar üçün Dante küçəsi uzanıb gedir. Bu küçə şəhərin əsas görməli yerinə - Milan Baş kilsəsinə, yaxud Duomoya gedib çıxır. Avropada ağ mərmərdən tikilmiş yeganə nəhəng qotik məbəd bir neçə əsrə ucaldılıb. Məbədin özülünün ilk blokları 1386-cı ildə qoyulub, 1813-cü ildə tamamlanan fasadın layihəsini Napoleonun özü təsdiqləyib. Hazırda dünyada böyüklüyünə görə sayca beşinci olan kilsə çoxsaylı şpil və heykəllər, dayaqlarla birləşən itiuclu mərmər qüllə və sütunlarla seçilir. Kilsədəki təkcə heykəllərin sayı 3400 ədəddir.

Bu diyarda olsanız, pilləkənlə, yaxud liftlə mütləq kilsənin damına çıxın. Deyilənə görə, buradan şəhərə gözəl mənzərə açılır. Vaxt azlığından biz bunu edə bilmədik və bir neçə dəqiqə sonra kilsə ilə yanaşı yerləşən II Viktor Emmanuil Qalereyasında gəzişirdik. Avropada ilk pasajlardan biri olan Milan ticarət qalereyası kilsə qarşısındakı meydanı La Skala teatrı önündəki meydanla birləşdirir. Burada məşhur brendlərin mağazaları, kafe və restoranlar yerləşir. Turistlər qalereyada gəzişməyi və onun şüşə-dəmir qübbəsinin şəklini çəkməyi özünə borc bilir.

Hə, budur, biz dünyanın ən məşhur teatrlarından birinin - La Skalanın qarşısındayıq. İlk baxışda yetərincə kiçik təsir bağışlayan bina 1776-1778-cı illərdə Santa-Mariya-della-Skala kilsəsinin yerində tikilib, teatrın adı da buradan yaranıb.

Xatirə üçün şəkil çəkdirib vağzala qaçırıq. Addio Milan, çao Venesiya!

 

Paduada axşam və Abanonun termal bulaqları

Milanda bir neçə yaddaqalan saat keçirdikdən sonra vağzala günün ikinci yarısı gəlib çatdıq və başa düşdük ki, çətin seçim qarşısındayıq. Milandan Venesiyaya qatarla 2,5-3 saatlıq yoldur. Deməli, su üzərindəki şəhəri qaş qaralandan sonra görə biləcəkdik, sonra yenə vağzala tələsməli idik ki, Abanoya (daha 45 kilometr) gedib çıxaq. Orada bizim üçün qabaqcadan otaq da ayrılmışdı. Cəsarətimizi toplayaraq o an üçün yeganə düzgün qərar qəbul etdik: Venesiyaya səfərdən vaz keçdik. Bunun yerinə Padua şəhərinə gedən qatara bilet aldıq. Oradan Abanoyadək 10 kilometrlik məsafədir.

Yeri gəlmişkən, qatarlar barədə. İtaliyada qatarlar çox rahat və sürətlidir, daxili aviaxətlərə ciddi rəqibdir. Üç cür “Freccia” sürət qatarlarının istifadəyə verilməsi sərnişinlərin məkan və zaman haqqında anlayışlarını xeyli dəyişib. Biz ölkənin bu başından o başınadək yol ölçdüyümüz zaman hər üç “Freccia”da yol getdik. Onlardan ən sürətlisi “Freccia Rossa (“qırmızı ox”) sürətini saatda 360 kilometrədək çatdıra bilir. Qatarların içindəki oturacaqlar yumşaqdır, çəkilib-yığılan masalar, hər bir vaqonda tualet və kupe-restoran var. Biletlərin qiyməti dördlə yüz avro arasındadır və vaqonun növündən (ekonom, biznes, premuim və s.) asılıdır. Əlbəttə, bir-iki ay öncədən nəzərdə tutulan səfər üçün bileti “Trenitalia” şirkətinin saytına (www.trenitalia.com) girməklə əvvəlcədən almaq daha sərfəlidir. Bu halda, istənilən reysə minimal qiymətlə bilet ala bilərsiniz. Biz də əvvəlcə belə etməyi düşünmüşdük, lakin sonra hər bir şəhərdə nə qədər qalacağımızı bilmədiyimizdən, səyahətimizin formatını nəzərə alaraq, biletləri yerindən almağı qərara aldıq.

İtaliyaya vağzallarında bilet satışı avtomatları ilə “əlləşmək” ləzzətdir. Hər şey çox sadə düşünülüb, əlçatan menyu, ingilis dili seçimi. “Oxu” lazımı yerə yönəldirsən, vəssalam, bilet cibindədir. Həm də bu zaman bileti ənənəvi üsulla da, yəni kassadan almaq mümkündür.

İkisaatlıq yol və biz Paduadayıq. İtalyanlar onu “Padova” adlandırır. Bu qədim şəhərdə əvvəlki əzəmətin çoxlu tarixi sübutları qalmaqdadır. Padua Qədim Romanın ən tanınmış tarixçilərindən biri olan Tit Livinin vətənidir. Paduada məşhur italiyalı rəssam və heykəltəraşların - Mantenyi, Cotto, Titsian və başqalarının əsərləri ilə bəzədilən çoxlu kilsələr, bazilik və məbədlər var. Padua universiteti ilə bağlı tikililərin də tarixi dəyəri var. O, Avropada ən qədim universitetlərdən biridir və 1222-ci ildən fəaliyyət göstərir.

Padua həm də meydanları ilə məşhurdur. Məsələn, Prato della Valle Avropada ən böyük meydanlardan biridir, tarixini 1775-ci ildən götürür. Onun özəl cəhəti şəhəri ikiqat halqa ilə əhatə edən məşhur Padua sakinlərinin çoxsaylı heykəlləridir.

Paduanın mərkəzində dünyada ən qədimlərdən biri olan və hazırda fəaliyyət göstərən Botanika bağıdır. O, 1545-ci ildə yaradılıb və “bütün botanika bağlarının prototipi” UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

Biz nədən başlamaq barədə düşünüb-daşınarkən, gözümüz vağzalda yerləşən Paduanın turizm üzrə Ofisinin informasiya mərkəzini aldı. Masa arxasındakı cavan oğlan bizə xəritə verdi, dedi ki, şəhərin ən məşhur diqqətəlayiq yerlərindən biri Cottonun freskaları olan Kapella Skravenidir, vağzaldan oraya tələsmədən beş dəqiqəyə gedib çıxmaq olar. Biz də elə bu cür etdik.

Paduada diqqəti ilk cəlb edən miqranların çoxluğudur, əlbəttə, Milan və Komo ilə müqayisə etdikdə. Zəncilər, asiyalılar, hindlilər... onların hər biri öz mağazaları, klubları, restoranları olan icmalarında yaşayır. Bir qədər sonra ölkənin cənubunda miqrantlarla üz-üzə gələcəkdik. Burada yerli əhalinin əcnəbilərə münasibəti birmənalı deyil.

Hələlik isə şəhər parkının içində, hasarla əhatələnmiş ərazidə, kiçik kilsənin divarlarına həkk olunan Cotto freskalarını görməli idik. Enriko Skroveni (kapella onun vəsaiti hesabına tikilib) varlı tacir olub, buna görə də kapellanın interyerinin bəzədilməsini o zamanlar (1304-cü il) İtaliyada ən mahir rəssam olan Cottoya tapşırıb. Skroveni kapellasının freska silsiləsi təkcə Cottonun deyil, həm də Qərb incəsənətinin başlıca əsərləri siyahısına daxil edilib. Cottonun bu işdə tapdığı həllər özündən sonrakı ustalar tərəfindən geniş istifadə olunub.

2002-ci ildə freskalar dəqiqliklə his və yanıqlardan təmizlənib, eləcə də bərpa olunub. Bu gün müasir aparatura vasitəsilə kapella binasında xüsusi mikroiqlim saxlanılır, seyrçilər isə içəri ciddi qrafik üzrə buraxılır. Hamını əvvəlcə foyeyə dəvət etdilər, burada gözləməli olduq, çünki əvvəlki seyrçilər kapellanı tərk edəndən sonra freskalar olan otağın mikroiqlimi bərpa edilir. Təlimatçı hamını xəbərdar etdi ki, kapellanın qapısı avtomatik qaydada və yalnız beş dəqiqəliyə açılacaq, bu müddətdə içəri keçmək lazımdır. Freskalara 15 dəqiqə ərzində baxmaq olar, bundan sonra qapı yenidən açılır və otağı tərk etmək lazım gəlir. Bu cür “sərt qaydalar” zəruridir, çünki insanın ağzından çıxan buğ və isti onsuz da pis vəziyyətdə olan qədim suvaq və rənglərə təsir göstərir.

Kapellaya baş çəkəndən sonra elə həmin biletlə yaxınlıqda yerləşən Padua Arxeologiya Muzeyinin maraqlı ekspozisiyasına baxa bildik.

Bir neçə saatlığa gözəlliklə baş-başa qaldıqdan sonra yenidən vağzala tələsirik ki, kurort qəsəbəsi Abano-Termedəki otelimizə yetişə bilək. Bu yerin qaynar bulaqları haqqında Petrarka, Şekspir, Motsart, Bayron və Götenin əsərlərində qeydlər var.

Abano-Termdə rusdillilər, Karlovı Varıdakı kimi çoxdur. Xüsusilə yaşlı nəslin nümayəndələri olan kişi və qadınlar. Bunun da səbəbi aydındır. Bulaqların sularından vannalar və inhalyasiyalar vasitəsilə tənəffüs orqanları, dayaq-hərəkət aparatı, periferik əsəb sistemi və ginekoloji xəstəliklərin müalicəsində istifadə edilir. Dəri xəstəlikləri və oynaq problemləri zamanı da sulfid lil palçıqdan istifadə olunur. Yeri gəlmişkən, Abano-Termenin termal bulaqları Avropada ən istilərdən (suyun temperaturu 87 dərəcəyə çatır) biridir və istifadədən əvvəl suyu lazımi temperatura çatdırırlar.

Abano şəhərinin özü isə səliqəli evləri və çoxsaylı otelləri ilə tipik kurort qəsəbəsidir. Şəhərciyin havası da yadda qaldı - xalis kənd havası və bizdəki kimi, hər yerdə nar, xurma, zeytun, ara-sıra palma və şam ağacları bitir. Cənnətdir!

Ardı olacaq...

Səfərin təşkilində köməyinə görə İtaliyanın Turizm üzrə Milli Agentliyinin Moskva Nümayəndəliyinə minnətdarıq.

Emil Eyyubov

məxsusi olaraq AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub