RƏSMİ XRONİKA


Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və Zəfər yolunun tikintisi ilə tanışlıq YENİLƏNİB VİDEO

Füzuli, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verildi.

Bildirildi ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin