SİYASƏT


Prezident İlham Əliyev: İşğaldan azad edilmiş bütün şəhərlərin baş planları hazırlanıb və təsdiqlənib

Bakı, 5 oktyabr, AZƏRTAC

Azad edilmiş ərazilərimizdə nəhəng su resursları var, işğal illərində biz bütün bunlardan məhrum olmuşduq. Çünki ermənilər təkcə bizim şəhərləri deyil, bizim resursları da işğal etmişdilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

Dövlətimizin başçısı deyib ki, ermənilər çayların qarşısını kəsirdilər və biz minlərlə hektar əraziləri suvara bilmirdik: “İndi biz öz çaylarımızı, öz torpaqlarımızı qaytarmışıq. Bu gün artıq bütün şəhərlərin baş planları hazırlanıb və təsdiqlənib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.