Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Elbay Qasımzadə: Memarlıq nümunələri yaradıldığı dövrə uyğun olmalıdır VİDEO

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin fərman və sərəncamları bu işlərin ardıcıl, planlı şəkildə aparılmasını təmin edir. Dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bu ərazilərin nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Beləliklə, Böyük qayıdış üçün görülən işlər ölkə rəhbərliyinin nəzarətindədir. Eyni zamanda, cəmiyyətdə bərpa və quruculuq işləri istiqamətində fikir mübadiləsi aparılır, təkliflər irəli sürülür. Əməkdar memar, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə azad olunmuş ərazilərimizdə mədəni-tarixi abidələrimizin, şəhər və kəndlərimizin bərpasına, arxitekturanın aktual məsələlərinə dair AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

“Tarixi abidələrin bərpasına müxtəlif yanaşmalar ola bilər”

-Ermənilər tərəfindən dağıdılmış mədəni-tarixi abidələrimizin bu gün ilkin vəziyyətinə qaytarılması dövlətin diqqətdə saxladığı məsələlərdən biridir. Bu baxımdan Memarlar İttifaqının üzərinə hansı funksiyalar düşür?

-Bilirsiniz, Memarlar İttifaqı ictimai təşkilatdır, yəni bizim əsas vəzifəmiz Azərbaycan memarlığını qoruyub saxlamaq, peşəkarlıq səviyyəsini təmin etməkdir. İttifaqın üzvləri Azərbaycanın ən tanınmış memarlarıdır. Onların sırasında həm müasir memarlıqla məşğul olanlar, həm də tarixi abidələrin bərpası üzrə mütəxəssislər var. Memarlıq irsi üzrə komissiyaya professor Rizvan Bayramov rəhbərlik edir. Memarlar İttifaqının katibi, professor Gülçöhrə Məmmədova bu sahədə ən tanınmış mütəxəssislərdən biridir.

Abidələrin bərpasına yanaşma müxtəlif ola bilər. Elə abidə var ki, bu 30 ildə düşmən tərəfindən təhqir olunub, dağıdılıb. Məsələn, məscidlərimiz, qədim məbədlərimiz, xristian abidələri. Bunları bərpa etmək lazımdır ki, dindar insanlar ibadət etsinlər. Amma elə abidələrimiz var ki, 30 ildə yox, yüz illər ərzində mütəmadi olaraq dağıdılıb. Məsələn, Xudafərin körpüləri. Bu gün fikirlər söylənilir ki, onu mütləq körpü kimi bərpa etmək lazımdır. Bərpa etdikdən sonra o körpünün üstündən yükmü daşıyacağıq? Mümkün deyil. Gəlin, dünya təcrübəsinə nəzər salaq. Romanın mərkəzində Kolizey yerləşir. Əgər onu bərpa etsəydilər, maraq doğurardımı? Xudafərin körpüləri də bu qəbildəndir. Onları konservasiya etmək, qoruyub saxlamaq lazımdır. Düşünürəm ki, həmin ərazi dövlət qoruğu edilməlidir. Lakin nəzərə alaq ki, uçub-dağılmış körpüləri təzədən tiksək, onun tarixiliyi itəcək. Beləliklə, biz keçmişimizi itirəcəyik. Odur ki, bu məsələlərə çox diqqətlə, həssaslıqla yanaşmaq lazımdır.

Memarlar İttifaqı bu istiqamətdə müəyyən işlər aparır. Biz beynəlxalq təşkilatlara - UNESCO, ISESCO, Europa Nostra, ICOMOS və digər müvafiq qurumlara müraciət etmişik, bu abidələrin acınacaqlı vəziyyətdə olduğunu bildirmişik. 2017-ci ildə Memarlar İttifaqı İdarə Heyətinin “Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti” mövzusunda plenumu keçirilib və böyük bir sərgi təşkil edilib. Sözün açığı, o sərgidə nümayiş olunan fotoların əksəriyyətini elə işğalçı dövlətin öz saytlarından götürmüşdük, yəni həmin abidələrin acınacaqlı vəziyyətini elə onların özünə istinadla göstərmişdik. Bu sərgini ikinci dəfə 2019-cu ildə Beynəlxalq Memarlar İttifaqı ilə birgə Bakıda keçirdiyimiz “Tarixi şəhərlərdə kütləvi turizm” adlı Beynəlxalq Memarlıq Forumunda nümayiş etdirdik. Həmin tədbirə 124 ölkədən 500-ə yaxın nümayəndə gəlmişdi və onlar bu sərgidə həqiqətdən xəbər tutdular. Hazırda o sərgimiz Ağdamda qurulub. Oraya gedən qonaqlar sərgini görür. Ağdama səfər etmiş ISESCO-nun Baş direktoru dedi ki, bu sərgiyə baxmaq kifayətdir, heç başqa rayonlara getmək lazım deyil. Çünki sərgidə Kəlbəcər, Füzuli, Laçın, Ağdam, Şuşa, bir sözlə, hər bir rayon haqqında məlumat var.

“Dağıdılmış şəhər və kəndlərimizi ən müasir səviyyədə tikərək dünyaya Azərbaycanın qüdrətini göstərməliyik”

-İşğaldan azad edilmiş şəhər və kəndlərin bərpasını, memarlıq elementlərini necə təsəvvür edirsiniz?

-Bilirsiniz, 50 illik peşəkar təcrübəm mənə bu fikri söyləməyə hüquq verir ki, memarlıq müasir olmalıdır. Memarlıq nümunələri yaradıldığı dövrə uyğun olmalıdır. Biz bu gün o dağıdılmış şəhərlərimizin memarlıq görkəmini XVI, XVII, XVIII əsrlərə oxşatsaq, fikrimcə, düzgün olmaz. Əgər qorunub saxlanılsaydı, dağılmasaydı, bəli, onları olduğu kimi saxlamaq lazım gələrdi. Amma həmin yerlər viran qoyulub, dağıdılıb, yerlə-yeksan edilib. Hər dəfə o mənzərəyə baxanda adamın ürəyi sıxılır. Mənim ən böyük arzularımdan biri dağıdılmış şəhər və kəndlərimizi ən müasir səviyyədə tikək və bütün dünyaya Azərbaycanın qüdrətini göstərək.

-Bərpa və quruculuq işlərində xarici mütəxəssislərin təcrübəsinə nə dərəcədə ehtiyac duyulur?

-Məncə, öyrənmək, həmişə müsbət cəhətdir. Elə məsələlər var ki, onlar bilir, biz bilmirik. Əlbəttə ki, Azərbaycan memarlığının nə olduğunu biz onlardan yaxşı bilirik. Amma onlarda yeni texnologiyalar, yeni yanaşmalar var və etiraf edək ki, həm də böyük təcrübə var. Elə şirkətlər var ki, bütün dünyada işləyir. Məsələn, Misirin bütün tarixi sirlərini ingilislər açıblar, arxeoloji qazıntıları onlar aparıblar. Bunun pis cəhəti odur ki, belə hallarda artefaktlar daşınıb aparıla bilər. Amma biz nəzarət etməliyik ki, belə hallar baş verməsin. Onsuz da Azərbaycanın qədim artefaktları vaxtilə daşınaraq aparılıb - bu gün onların bəziləri Ermənistandadır, dünyanın müxtəlif muzeylərində, müxtəlif hərraclardadır. Biz bunun qarşısını almalı, onları qaytarmalı və bundan sonra burada yeni nə işlər görüldüsə, bir dövlət olaraq buna nəzarət etməliyik.

“Ağıllı” kənd və şəhər ideyasının Qarabağda tətbiq olunması çox düzgün qərardır”

-Prezident İlham Əliyev bərpa işlərində “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyini bəyan edib. Sizcə, milli memarlıq ənənələri innovativ kənd və şəhərlərlə necə uzlaşdırıla bilər?

-Millilik yaradıcı insanın daxilində olmalıdır. Yəni bu əsəri azərbaycanlı memar yaradırsa, onun əsəri formasından, dekorundan asılı olmayaraq mütləq milli olacaq, çünki o memarın damarında azərbaycanlı qanı axır. Onun duyumu, milli adət-ənənələr haqqında bilikləri - bütün bunlar layihələndirilən yaşayış evlərinin quruluşunda bu və ya digər şəkildə təcəssüm olunacaq. Lakin forma baxımdan, əlbəttə ki, memarlıq müasir olmalıdır. Bir məsələni də vurğulamaq yerinə düşər. Möhtərəm Prezidentimiz “ağıllı şəhər” ideyasını irəli sürdü. Bu, çox gözəl ideyadır, çünki bu gün dünyada belə təcrübə çox da geniş yayılmayıb, yeni başlanan bir istiqamətdir və bunun Azərbaycanda, məhz Qarabağda tətbiq olunması məncə həm mənəvi, həm də siyasi cəhətdən çox yaxşı, düzgün qərardır. Amma gəlin bunu biz düzgün başa düşək. Cənab Prezident bunu deyəndə o ərazilərdəki mühəndislik qurğularının idarə edilməsini nəzərdə tuturdu. Bəzən məndən soruşurlar: hər ev “ağıllı ev” olacaq? “Ağıllı ev” üçün uzun vaxt, insanların şəxsi mədəniyyəti lazımdır. “Ağıllı şəhər” işğaldan azad edilmiş şəhərlərin idarə edilməsinə aiddir və bunlar mütləq həyata keçiriləcək.

“Yeni şəhərlərdə həm çoxmənzilli binalar, həm də fərdi evlər olmalıdır”

-İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin baş planları hazırlanarkən üstünlük, əsasən, hansı prinsiplərə verilsə daha yaxşı olar?

-Bilirsiniz, o ərazilərdəki şəhərlər arasında ən böyüyü Ağdamdır. Məncə Ağdam gələcəkdə böyük bir iqtisadi rayonun mərkəzi ola bilər. Düşünürəm ki, gələcəkdə Ağdamın əhalisi təxminən yüz minə çata bilər. Ağdam şəhər kimi tikilməlidir. Ağdamda yaşayış binaları üç-dörd, uzağı beşmərtəbəli olmalıdır. Eyni zamanda, orada fərdi evlər olmalıdır. Çünki orada yaşayacaq əhalinin əksəriyyəti fərdi evlərə öyrəşib, həyatları elə keçib. Fikrimcə, oranın əhalisi ilə yanaşı, Azərbaycanın başqa bölgələrindən də Ağdama gedənlər olacaq. Çünki həmin bölgə daha sürətlə inkişaf edəcək. Orada kifayət qədər münbit torpaq sahələri var. Düşünürəm ki, bu yeni şəhərlər qarışıq üslubda tikilməlidir. Bir daha vurğulamaq istərdim: burada həm çoxmənzilli evlər olmalıdır, çoxmərtəbəli yox və eyni zamanda, fərdi evlər olmalıdır ki, insanların həyat tərzinə o qədər də ciddi təsir etməsin. O ki qaldı, başqa şəhərlərimizə, məsələn, Laçın dağlıq ərazidir. Onun relyefi, landşaftı nəzərə alınmalıdır. Şuşaya tamam başqa yanaşma olmalıdır. Şuşanın bu gün mərkəzində sovet dövründə tikilmiş beşmərtəbəli evlər var. Bu binalar o dövrdə lazım idi, çünki şəhər kurort kimi inkişaf edirdi və gələn mütəxəssisləri mənzillə təmin etmək lazım gəlirdi. Bu gün o evlərin vaxtı artıq ötüb. Şuşanın qədim 17 məhəlləsi, hər məhəllənin öz bulağı, məscidi olub. Bax, bunları bərpa etmək lazımdır.

-“Ağıllı” kənd və şəhərlərdə landşaft memarlığı barədə nə deyə bilərsiniz?

-Landşaft memarlığı hər bir şəhərin ayrılmaz hissəsidir. Çünki insanlar haradasa istirahət etməli, gəzməli, asudə vaxtlarını keçirməlidirlər. Kafedə, yaxud çayxanada oturmaqla bağ-bağatlı yerlərdə gəzmək tamam fərli istirahətdir. Bu baxımdan landşaft memarlığı “ağıllı şəhər” prinsipinə uyğunlaşdırıla bilər. Yəni ərazinin işıqlanması, suvarılması, orada, məsələn, müxtəlif məlumat informasiya lövhələri quraşdırılması - bunlar da elə “ağıllı şəhər” ideyasına uyğunlaşdırıla bilər. “Landşaft” sözü təbii şəraiti ifadə edir. Deməli, landşaftı qoruyub saxlamaq lazımdır. Çünki təbiətin hər guşəsinin özünəməxsusluğu var və ustalıqla onu daha da gözəlləşdirmək memarın əsas vəzifələrindən biridir.

“Dünyada elə paytaxt yoxdur ki, yüklənmə problemi ilə rastlaşmasın və onun qarşısını tam ala bilsin”

-Bakı şəhəri insan fəaliyyətinin müxtəlif sahələri ilə hədsiz dərəcədə yüklənib. Dövlət idarələrinin, ali məktəblərin, istehsal müəssisələrinin, böyük ticarət mərkəzlərinin və s. əksəriyyəti burada yerləşir, kənddən şəhərə axın artır. Paytaxtımız artıq bu yükü daşımağa çətinlik çəkir. Siz problemin həlli yollarını nədə görürsünüz?

-Mən sualın axırıncı hissəsindən - kənddən şəhərə əhali axını məsələsindən başlayım. Bakıya gündəlik qazanc üçün təxminən 20 min insan gəlir. Bunlar şəhərə yaxın ərazilərdən gələn sürücülər, xidmət sahələrində işləyən, aşağı təminatlı işlərdə çalışan adamlardır. Onlar hər gün gəlir, işləyir və axşam qayıdırlar. İkinci məsələyə gəlincə, Bakı paytaxtdır və burada çoxsaylı dövlət və başqa müəssisələrin yerləşməsi təbiidir. Buna dünyanın bütün paytaxt şəhərlərində rast gəlmək olar. Dünyada elə paytaxt yoxdur ki, bu problemlə rastlaşmasın və elə bir ölkə yoxdur ki, bu problemin qarşısını ala bilsin. Çünki paytaxtın öz statusu var. Paytaxt, ümumiyyətlə, insanları cəlb edən bir yerdir. Məsələn, biz deyirik ki, ABŞ-da Vaşinqtona heç gedən yoxdur. Nə üçün? Çünki Amerikanın başqa böyük şəhərləri var ki, insanlar o tələbatlarını orada təmin edirlər. Azərbaycanda Bakı, Gəncə və Sumqayıtdır. Yəni üç böyük şəhərimiz var, üçünə də çox böyük axın var. Çünki bu üç şəhərdə inkişaf daha sürətlə gedir və insanlar da, əlbəttə, öz tələbatlarını təmin etmək üçün bu şəhərlərə üz tuturlar.

Yaxşı yadımdadır, vaxtilə hansısa bir ucqar rayonda biri xəstələnəndə onu gətirirdilər Bakıya, indiki Füzuli küçəsində yerləşən 4 nömrəli xəstəxanaya. El arasında ona “Kəndçi xəstəxanası” deyirdilər. İndi isə bütün bölgələrdə yeni xəstəxanalar tikilib, yeni məktəblər, mədəniyyət obyektləri tikilib. Eləcə də bir çox rayonlarda ali məktəblər açılıb.

O da yadıma gəlir ki, bir neçə il əvvəl paytaxtı köçürmək fikri irəli sürüldü və müzakirələr başlandı. Məncə, bu, Bakıya qarşı ədalətsizlikdir. Çünki Bakı bizim xalqımızın ən qədim şəhərlərindən biridir. Şəhərin iki min ildən çox tarixi var. Şirvanşahlar Bakıya köçəndən sonra şəhər Azərbaycanın paytaxtı statusunu qazanıb. Yəni bu gün narahatlıq var deyə bu statusu Bakının əlindən almaq ədalətsizlik olardı. Məsələyə digər tərəfdən yanaşsaq, nazirliklərin və başqa dövlət qurumlarının qarşısında şəxsi avtomobillərin həddən çox yığışdığını görürük. Zənnimcə, hər kəs evdən maşını ilə yola çıxanda düşünməlidir ki, şəhərə, onun ekologiyasına müəyyən ziyan vurur. İnsanlar işə gəlib-gedərkən ictimai nəqliyyatdan istifadə etsələr, sıxlıq azalar. Bu baxımdan Yaponiyanın təcrübəsini qeyd etmək olar. Xatırlayıram ki, 2011-ci ildə Yaponiyada atom elektrik-stansiyasında qəza baş verdi və elektrik enerjisi qıtlığı yarandı. Ölkənin Baş naziri bütün Yaponiya xanımlarına müraciət etdi ki, paltarı həftədə bir dəfə yusunlar və insanlar da buna riayət etdi.

Deməyim odur ki, həm paytaxtda yerləşən müəssisələr əməkdaşları üçün nəqliyyat sıxlığı ilə bağlı müəyyən nizam-intizam tətbiq etsələr, həm də insanlar ətraf mühiti, ekologiyanı, sağlamlığı düşünsələr, Bakıda bu gün çox yaxşı işləyən ictimai nəqliyyatdan istifadə etməklə məsələni yoluna qoymaq olar.

-Maraqlı müsahibə üçün təşəkkür edirik.

Professor Elbay Qasımzadə: Memarlıq nümunələri yaradıldığı dövrə uyğun olmalıdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir

Daşkənddə azərbaycanlı alimlə görüş: elmi əməkdaşlıqda yeni mərhələ

“Turan” Etno-Folk Ansamblı “Xarıbülbül” musiqi festivalında çıxış edib

Media: Latviya və Litva Hörmüz boğazındakı missiyada iştiraka hazırdır

Təhsil və şəhərsalma: yeni çağırışlar

Sadiq Qurbanov: WUF13-ün Bakıda keçirilməsi Azərbaycana beynəlxalq etimadın göstəricisidir

Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini uğurla həyata keçirməyə qadirdir – Anar İsgəndərov

Dastan Ospanov: Azərbaycan və Qazaxıstan yeni “Made in OTS” təşəbbüsünün istifadəyə verilməsini müzakirə edir

ABŞ Prezidentinin Çinə səfəri başa çatıb

WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq

Hücuma məruz qalan Kiyevdə axtarış-xilasetmə işləri başa çatıb

İdris İsayev: İnsan kapitalına yatırım uzunmüddətli inkişafın əsas şərtidir

Şəhərsalma və dayanıqlı mobillik - AzMİU-da infosessiya

Respublika Narkoloji Mərkəzdə ötən il 42 min 624 nəfər qeydiyyatda olub

Özbəkistanlı ekspert: Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işləri qeyri-adi prosesdir

Avropa çempionu olan güləşçi: Əsas məqsədim Bakıda keçiriləcək mundialda qızıl medal qazanmaqdır

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olunub

Yaponiya kəskin inflyasiya ilə qarşılaşıb

“Reuters”: ABŞ Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır

UNAIDS: QİÇS ilə mübarizədə əldə olunan nailiyyətlər maliyyə çatışmazlığı ucbatından təhlükə altına düşüb

“Sabah” Fransa klubunun futbolçusu ilə anlaşıb

Dövlətxan Dövlətxanov: Yeni Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin ümumi planı hazırlanıb

Musiqi əsərləri ilə zamanın fövqünə yüksələn bəstəkar

Şəki-Zaqatala bölgəsi WUF13 ərəfəsində xarici turistlərin diqqət mərkəzindədir - sifarişlərin sayında artım var

WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək VİDEO

WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək VİDEO

Nazir müavini: Azərbaycan tranzitin həcmini 14,3 milyon tona çatdırıb

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası tədarük edilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası tədarük edilib VİDEO

Rektor: BDU təkcə ali məktəb deyil, həm də analitiklər yetişdirən mühüm elm və təhsil mərkəzidir

Pakistanda terror aktı: azı 9 nəfər həlak olub, 35 yaralı var

Dünya bazarında qızıl 113 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 113 dollar ucuzlaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

“AYNA MaaS”a WUF13 funksiyası əlavə olunub

“Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Azərbaycan İdman Akademiyasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş beynəlxalq simpozium

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır

Azərbaycan Premyer Liqasında XXXII tur Yevlaxda start götürür

Media: Putin Çinə səfər edəcək

Professor: Gələcəyin şəhərləri iqlim böhranına qarşı mübarizənin ayrılmaz hissəsidir

Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur

Azərbaycan beynəlxalq platformalarda daha ədalətli dünya nizamının formalaşdırılmasını dəstəkləyir- ŞƏRH

Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir VİDEO

Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir VİDEO

Çin Hörmüz boğazında sərbəst naviqasiyanın tərəfdarıdır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Keçmiş məcburi köçkün: Doğma torpaqları yenidən dirçəldəcəyik VİDEO

Keçmiş məcburi köçkün: Doğma torpaqları yenidən dirçəldəcəyik VİDEO

Dövlət Departamenti İsrail-Livan danışıqlarını məhsuldar adlandırıb

Səbinə Rakçeyeva: Avropa auditoriyası Azərbaycan musiqisini böyük maraqla qəbul edir - MÜSAHİBƏ

Rubio: İran Trampı əlverişsiz razılaşmaya məcbur edə bilməyəcək

Cəbrayıldan olan keçmiş məcburi köçkün: Şükürlər olsun ki, doğma elimizə, obamıza qayıdırıq VİDEO

Cəbrayıldan olan keçmiş məcburi köçkün: Şükürlər olsun ki, doğma elimizə, obamıza qayıdırıq VİDEO

Kiyevə hava zərbələrindən ölənlərin sayı 24 nəfərə çatıb

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç yola salınıb VİDEO

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç yola salınıb VİDEO

ABŞ Prezidenti: İran ya razılığa gələcək, ya da məhv olacaq

Kubada yanacaq ehtiyatı tükənib

CENTCOM İranın raket arsenalı ilə bağlı iddiaları rədd edib

ABŞ hələ də Dünya Kuboku öncəsi İran futbolçularına viza verməyib

Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır

Dünyanın üçüncü ən kiçik dövləti adını dəyişmək istəyir

Balakən gəncləri yüksək vətənpərvərlik ruhu, intellektual potensialı ilə hər zaman dövlətin yanında olub

Tramp Çinin 200 “Boeing” təyyarəsi sifariş etməyə razı olduğunu açıqlayıb

Azərbaycan təmsilçisi “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib

Almaniya xarici tələbələr üçün ən cəlbedici təhsil məkanlarından biri olaraq qalır

ABŞ-də 41 nəfər hantavirusa görə müşahidə altındadır

Fransa millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

BMT Suriyaya təcili ərzaq yardımlarını yarıya qədər azaldacaq

Ağalı kəndində əmək yarmarkasında vakansiyalar təqdim edilib

İsrail son sutka ərzində Livanda 20 “Hizbullah” yaraqlısını öldürüb

Norveçin həmkarlar ittifaqları Konstitusiya Günü etiraz aksiyaları keçirməklə hədələyirlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Qazaxıstan müdafiə-sənaye kompleksi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır

Elçin Əfəndiyevin “Sənətkarın taleyi” tamaşası nümayiş olunub

Türkiyənin İğdır və Qars vilayətlərində Naxçıvanın investisiya və ixrac imkanları tanıdılıb

Donald Tramp: Si Cinpin İrana silah göndərməyəcəyinə zəmanət verib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin mükafatçısı olub

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında gümüş medal qazanıb

ADNSU-da keçirilən 17-ci karyera sərgisində 70-dən çox şirkət iştirak edib

Kiyevdə 20 nəfər hələ də itkin düşmüş hesab olunur

Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Baş katib: “AGF Trophy” turniri gənc gimnastlarımızın püxtələşməsi üçün vacibdir VİDEO

Baş katib: “AGF Trophy” turniri gənc gimnastlarımızın püxtələşməsi üçün vacibdir VİDEO

“Xarıbülbül” festivalı davam edir: Cıdır düzündə gənc istedadlar səhnədə VİDEO

“Xarıbülbül” festivalı davam edir: Cıdır düzündə gənc istedadlar səhnədə VİDEO

Tramp: Si Cinpin İranla razılaşmanın əldə olunmasını istəyir

WUF13-də OECD-nin “Local Data Portal” platformasının yeni versiyası təqdim ediləcək - Açıqlama

İdman gimnastikası üzrə “AGF Trophy” turnirinin ilk günü başa çatıb VİDEO

İdman gimnastikası üzrə “AGF Trophy” turnirinin ilk günü başa çatıb VİDEO

XRİTDX Avstriyada beynəlxalq konfransda: Nüvə infrastrukturlarında kibertəhlükəsizlik riskləri nəzərdən keçirilib

Milli Observatoriya 60 mindən çox iş elanının təhlilini aparıb

Astanada türkdilli ölkələrin şahmat çempionatına start verilib

Karlos Moreno: Qarabağın bərpası münaqişə yaşamış ölkələr üçün yeni bir modeldir - MÜSAHİBƏ

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

Qazaxıstan və Türkiyə “ANKA” pilotsuz uçuş aparatları istehsal edəcək birgə müəssisə yaradacaq

İran və Ukraynadakı müharibələr son illərdə neft hasilatına ən ciddi zərbə vurub

Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Mingəçevirli rəssam-keramist: Emalatxanamızda həm gil yoğurulur, həm də arzular sənətə çevrilir

Ekspert: Yaxın gələcəkdə Azərbaycanda AI savadlılığı xarici dil bilikləri qədər vacib hesab olunacaq

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Şəhərin səsi” tədbiri keçiriləcək

Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir - YENİLƏNİB VİDEO

Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir - YENİLƏNİB VİDEO

WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək

“Azərkosmos” rəsmisi: Kosmik startapların inkişafı Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının əsas istiqamətlərindəndir

Qırmızı Bazarda əkin sahələrinin istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanılır

Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş

Ziya Göyalp -150: fikirləri, irsi və Türk dünyası