Qobustanda 600 sahibkara 73 min 700 manat subsidiya verilib
Qobustan, 30 yanvar, AZƏRTAC
Qobustan rayonunda ötən il 737 baş cinsi yaxşılaşdırılan buzov alınıb və buna görə 600 nəfər heyvan sahibinə 73 min 700 manat subsidiya verilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, heyvandarlıq Qobustanda aqrar sektorun aparıcı sahələrindəndir. Fermerlər son illər mal-qaranın cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. Prezident İlham Əliyevin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Sərəncamına əsasən doğulan hər baş cinsi yaxşılaşdırılan buzova görə 100 manat subsidiyanın verilməsi onların marağını daha da artırıb.
Qeyd edək ki, rayonda süni mayalandırma üzrə 4 mütəxəssis çalışır. Ötən il doğulan cinsi yaxşılaşdırılmış buzovların sayı 2017-ci illə müqayisədə 330 baş artıb. Təkcə bu ilin yanvar ayında 105 baş cinsi yaxşılaşdırılmış buzov doğulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [13:51]
Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub
- 21.05.2026 [13:00]
WUF13: Xarici media nümayəndələri Şamaxıda səfərdədir
- 21.05.2026 [12:23]
Naxçıvanda “Sağlam şəhər turu” aksiyası
- 20.05.2026 [20:04]
Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib
- 20.05.2026 [19:01]
Quba-Xaçmaz bölgəsində meyvə bağlarında monitorinqlərə başlanılıb
- 20.05.2026 [18:23]
AXA sədri Sabirabadda aprobasiya prosesi ilə tanış olub
- 20.05.2026 [18:12]
Şəmkir rayonunda çay məcraları və suvarma kanalları lildən təmizlənir
- 20.05.2026 [17:24]