® Azərbaycanlı ilk dəfə olaraq BVF-nin ölkədəki daimi nümayəndəsi vəzifəsinə təyin edilib
Fərid Siyavuş oğlu Talışlı BVF-nin Qırğızıstan Respublikasındakı daimi nümayəndəsi vəzifəsinə təyin edilib.
Fərid Talışlı 1972-ci il oktyabrın 25-də Moskvada anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndis-iqtisadçı fakültəsini, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. 2006-cı ildə M.Lomonosov adına Moskva Dövlət Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
Peşəkar fəaliyyətinə 1993-cü ildə Azərbaycan Milli Bankında başlayıb. 2003-2006-cı illərdə BVF-nin yerli ofisində işləyib. 2006-2009-cu illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində iqtisadçı vəzifəsində çalışıb. 2010-cu ildən BVF-nin Vaşinqtondakı baş qərargahında işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]