"Araz-Naxçıvan"ın baş məşqçisi: Komandamız azarkeşlər önündə daha yaxşı oynayar VİDEO
Naxçıvan, 7 oktyabr, AZƏRTAC
Bizim üçün Naxçıvana gəlmək çox xoş oldu. Komanda çoxdandır bu səfəri gözləyirdi. Yeni futbolçuların Naxçıvan barədə məlumatları az idi, indi gəlib özləri görüb, şahidlik edirlər. Bizim üçün hər bir şərait yaradılıb və düşünürəm ki, komanda olaraq Naxçıvana qayıtsaq daha yaxşı olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvana səfər edən "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.
O bildirib ki, çempionatın növbəti oyununu Naxçıvanda oynamaq istəyirlər: "Əlbəttə komandamız azarkeşlər önündə daha yaxşı oynayar. Komandamızın potensialı var. Düşünürəm ki, futbolçuların özləri də Naxçıvanı və Naxçıvan sakinlərini qələbə ilə sevindirmək istəyirlər".