"Bir” tələbə-könüllülərdən “#PrayForGanja” həştəqi ilə paylaşımlara dəstək
Bakı, 14 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində xüsusi dəstək nümayiş etdiriblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Bir” tələbə-könüllülərin təşəbbüsü ilə yaradılan “#PrayForGanja” “Telegram” kanalı vasitəsilə “#PrayForGanja” həştəqilə bir milyondan çox tvit paylaşılıb.
Tələbə-könüllülər, həmçinin bir neçə dildə paylaşılacaq status, tvit, həştəqlərin toplanılaraq təşəbbüsə qoşulan gənclərə göndərilməsində iştirak edib. Bununla yanaşı, 350 nəfər könüllünün fəal iştirakı ilə “Facebook”, “Twitter” və “Instagram” sosial şəbəkələri üzərindən emal edilən mətnlər, tvitlər gün ərzində davamlı olaraq paylaşılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]