ABİTURİYENTLƏR “İMTAHANCELL” XİDMƏTİNDƏN YARARLANACAQLAR
Müəssisədən AZƏRTAC-a bildirmişlər ki, nəticələr haqda məlumatı “İmtahanCELL” xidməti vasitəsilə almaq mümkün olacaqdır. Bu xidmət “Azercell Telekom” Müəssisəsi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə fəaliyyəti sayəsində gerçəkləşəcəkdir.
“İmtahanCELL” xidmətindən faydalanmaq üçün abituriyent qəbul sənədinin altırəqəmli nömrəsini qısa mesaj xidməti vasitəsilə 777-yə göndərməlidir. Ali məktəbə daxil olduqda, abituriyent ixtisas kodu bildirən cavab mesaji alacaqdır. Daxil olduğu ali məktəbi və ixtisası öyrənmək üçün abituriyent ixtisas kodunu qısa mesaj vasitəsilə 778 nömrəsinə göndərməlidir.
“İmtahanCELL” xidmətindən məlumatı TQDK imtahanın nəticələrini rəsmi elan etdiyi andan etibarən 7 gün ərzində almaq mümkün olacaqdır.
“Azercell Telekom” abonentlər üçün “İmtahanCELL” xidmətindən istifadəyə görə olduqca sərfəli qiymət müəyyən edib. Belə ki, 777 və 778 nömrələrinə göndərilən hər qısa mesajın qiyməti Azercell abonentləri üçün 0,05 AZN (ƏDV-siz), SimSim, GəncSim, Bizdən Bizə abonentləri üçün 11 konturdur.