ABŞ-da şəxsi evlərin birində səkkiz nəfərin cəsədi aşkarlanıb
Bakı, 5 yanvar, AZƏRTAC
ABŞ-ın Yuta ştatının cənub-qərbində yerləşən şəxsi evlərin birində səkkiz nəfərin - beş uşağın və üç böyük insanın cəsədləri aşkarlanıb.
AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının ilkin məlumatına görə, onlar odlu silahdan açılan atəş nəticəsində həlak olublar.
Hazırda hadisə ilə bağlı təhqiqat başlayıb. Hakimiyyət orqanları cinayətkarın hadisə yerindən qaçdığını, lakin cəmiyyət üçün təhlükə törətmədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]