ABŞ-ın Florida ştatında Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb
Bakı, 27 fevral, AZƏRTAC
ABŞ-da fəaliyyət göstərən Florida Azərbaycan Cəmiyyətinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Florida ştatının Mayami şəhərinin mərkəzində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə açıq havada Xocalı qətliamı zamanı qətlə yetirilən insanların xatirəsini anmaq məqsədilə havaya qara şarlar buraxılıb və “Xocalıya ədalət!” şüarı yazılmış stend yerləşdirilib.
Cəmiyyətin sədri Esmira Bayramova həm cəmiyyət üzvlərinə, həm də ərazidə tədbirlə maraqlanan şəxslərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, bəşəriyyətin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının tanıdılması və ona siyasi-hüquqi qiymətin verilməsi üçün hər bir diaspor üzvü və təşkilatı yerli ictimaiyyət, kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etməli, ardıcıl və sistemli fəaliyyət göstərməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]