ABŞ NƏŞRİYYATINDA BURAXILACAQ KİTABDA AZƏRBAYCAN ALİMİ HAQQINDA DA MƏLUMAT VERİLƏCƏKDİR
Nəşriyyatdan alimə göndərilən təbrik məktubunda bildirilir ki, həmin kitaba dünyanın 215–dən çox millət və ölkəsinin müxtəlif sahələrdə 55 min görkəmli xadimi haqqında məlumat verilir.
Ömrünün 37 ilini elmi axtarışlara həsr edən, üzvi kimya sahəsində 350-dən çox elmi əsərin müəllifi olan alimin yaradıcılığı, elmə gətirdiyi yeniliklər, istehsalata tətbiq olunan tədqiqatları, bunlara görə alınmış müəlliflik şəhadətnaməsi və patentlər məlumatda öz əksini tapacaqdır.
Professor Məmməd Vəliyev polifunksional doymamış birləşmələr və onların törəmələrinin alınmasının mütərəqqi üsullarını işləyib hazırlamışdır. Onun rəhbərliyi ilə element üzvi birləşmələr sintez edilmiş, onların əmələgəlmə qanunauyğunluqları öyrənilmişdir.
Alim 1995-ci ildən Nyu–York Elmlər Akademiyasının həqiqi üzvüdür. O, bir sıra elmi konfranslarda məruzələr etmiş, dünyanın nüfuzlu ali məktəblərində mühazirələr oxumuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]