ABŞ Qazaxıstanın kritik minerallarına maraq göstərir
Astana, 13 avqust, AZƏRTAC
ABŞ şirkətləri Qazaxıstanda kritik minerallar sahəsini inkişaf etdirməkdə maraqlıdır.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfiri Daniel Rozenblum məlumat verib. O, amerikalı investorlar üçün yeni istiqamətləri inkişaf etdirməyə çalışdıqlarını bildirib. “Bunlardan biri kritik minerallar və ya strateji əhəmiyyətli faydalı qazıntılar sahəsidir ki, Qazaxıstan hökuməti də bu sahəyə sərmayə cəlb etməkdə maraqlıdır. Artıq ABŞ şirkətlərinin maraq göstərdiyini və kəşfiyyat işləri aparmaq üçün buraya gəlməyi planlaşdırdığını görürük. Ümid edirik ki, bu sahə də inkişaf edəcək”, - deyə D.Rozenblum əlavə edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]