Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abu Dabi ənənələrin və müasirliyin istinadgahıdır

Bakı, 14 iyun, AZƏRTAC 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sürətlə inkişaf edən paytaxtı Abu Dabi turizmin miqyasına görə Dubayın bəlkə də başlıca rəqibidir. Abu Dabi dünyanın neft ehtiyatının 10 faizinə malikdir və bu da onu turistləri cəlb etmək üçün iddialı layihələr həyata keçirmək imkanı olan çox varlı Əmirliyə çevirir. Burada çoxlu məşhur otel, nəhəng və möhtəşəm ticarət və əyləncə mərkəzləri var. Bununla yanaşı, Əmirlikdə adət-ənənələr və mədəni dəyərlər qayğı ilə qorunub saxlanılır.

Müasir Abu Dabi həyatının nəbzini hiss etmək üçün biz dörd gün müddətinə Yas adasının ən sürətli attraksionlar, o cümlədən su attraksionları dünyasına baş vurduq, unikal Şahin hospitalında şahinlərə tamaşa etdik, çox gözəl Şeyx Zayed məscidində olduq və indi də BƏƏ paytaxtında unudulmaz istirahətin təəssüratlarını sizinlə paylaşmaq istəyirik.

 

Uçuş və yerləşmə barədə faydalı məsləhətlər

 

Bakıdan Abu Dabiyə birbaşa reyslər hələlik olmadığına görə son vaxtlara qədər turistlər bu Əmirliyə Dubay vasitəsilə gedirdilər. Amma bu yaxınlarda daha bir yol - Şarcədən tranzit yol açılıb. 2017-ci ildən Şarcənin milli aviadaşıyıcısı - “Air Arabia” həftədə dörd dəfə Bakı-Şarcə-Bakı marşrutu üzrə reyslər həyata keçirir. Hər iki tərəfə aviabiletlərin qiyməti 300 manatdan başlayır. Bu, hazırda bazarda həmin istiqamət üçün mövcud olan təkliflərin ən münasibidir. Biletin qiymətinə 10 kiloqrama qədər əl yükü daxildir və büdcəyə uyğun qiymətlər təklif edən digər şirkətlərin sərnişinləri kimi, “Air Arabia”nın sərnişinləri də bilet alarkən əlavə baqaj və yemək üçün opsiya seçə bilərlər. Uçuşun bu variantı daha bir əhəmiyyətli səbəbdən bizə optimal göründü: “Air Arabia” öz sərnişinlərinə adambaşına 40 dirhəm (təqribən 10 dollar) münasib qiymətlə Şarcə aeroportundan Abu Dabinin mərkəzinə rahat çatdırılma təklif edir. “Air Arabia”nın firma avtobusunun dayanacağı terminalın əsas çıxışının iki addımlığında yerləşir. Avtobus kondisionerlər və baqaj daşımaq üçün qoşqu ilə təchiz edilib. Haradasa iki saat yol getdik və bir də gördük ki, Abu Dabidə bərq vuran göydələnlərin əhatəsindəyik.

Abu Dabi baxmalı-görməli yerlərin və əyləncə komplekslərinin çox olması ilə yanaşı, şəhəri dövrələyən tərtəmiz çimərlikləri, Saadiyat kimi təbii adacıqları ilə öyünə bilər. Əgər kurort istirahəti istəyirsinizsə, onda lap dənizin kənarında yerləşən mehmanxanalarda özünüzə yer sifariş edə bilərsiniz. Amma hətta şəhər otelinə üstünlük versəniz belə, özünüzü dəniz və günəş vannalarının bəxş etdiyi sevincdən məhrum etməyəcəksiniz. Çünki Abu Dabinin mərkəzindən hər hansı çimərliyə cəmi 10-15 dəqiqəyə getmək olar. Bundan əlavə, Əmirliyin hakimiyyət orqanları bu il turistlər arasında “şəhər oteli + çimərlik istirahəti” konsepsiyasını təbliğ etməyə başlayıb və bu konsepsiyanın uğur qazanmaq şansı çox yüksəkdir.

Biz səfər proqramının rəngarəngliyini nəzərə alaraq, yeni formulu öz üzərimizdə sınaqdan keçirmək qərarına gəldik və şəhərin mərkəzində iki müxtəlif otelin hər birində iki gecəlik nömrə götürdük. Məlum oldu ki, “Hawthorn suits by Wyndham” və “Ramada Corniche” otelləri bir şəbəkəyə məxsusdur və onlar arasında ümumi cəhətlər çoxdur. Hər iki otel dördulduzludur, bir-birinin yaxınlığında - mərkəzi avenyu Korniş hüdudlarında yerləşir və hər ikisi dinamik urbanizm üslubundadır. Mehmanxanalar müasir rahatlığı, ləziz təamları, SPA-prosedurları ilə seçilir, “Ramada Corniche” otelinin damında isə hovuz var. Üstəlik, hər iki otel çimərliyə və populyar görməli yerlərə pulsuz çatdırılma təklif edir. Odur ki, müsafirlər hər yerə yetişmək üçün öz günlərini asanlıqla planlaşdıra - səhərlər dənizin sahilində isti qum üstündə xumarlana, gündüzlər akvapark və ya attraksion parklarından birinə yollana, axşamlar isə şəhərdə alış-veriş edə bilərlər. Abu Dabiyə axşam saatlarında çatdığımız üçün şəhərlə tanışlığa da otel ərazisindən başlamaq qərarına gəldik.

Korniş boyunca gəzinti və 80 günbəzli məscid

Deyilənə görə, Abu Dabinin əsası XVIII əsrdə qoyulub. Guya bir cavan ahu köçəri tayfanı şirin suyun olduğu bu yerlərə gətirib. Elə Abu Dabi də ərəbcədən tərcümədə “Ahunun torpağı” mənasını verir. Bu qədim yaşayış məskəni palma ağacından inşa edilmiş təqribən 300 komadan, bir neçə mərcan tikilidən və hökmdarın qalaçasından ibarət olub. O vaxtdan böyüyərək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtına - müasir kosmopolit göydələnlər şəhərinə çevrilib. 

Abu Dabi göydələnlərinin çoxu şəhərin əsas bulvarına - təqribən 8 kilometr boyunca uzanan Korniş avenyuya bitişik bir neçə məhəllədə cəmləşib. Şəhərin işgüzar həyatı məhz burada qaynayır, hökumət və ofis binaları da burada yerləşir. Gecələr çıraqbana dönən Abu Dabinin mərkəzini futuristik görkəminə görə “Yaxın Şərqin Manhetteni” də adlandırırlar. Maraqlıdır ki, Abu Dabinin müasir görkəmi hələ ötən əsrin 80-ci illərində, yəni Dubaydan xeyli əvvəl formalaşıb. Amma bu gün bu qonşu əmirliklər iddialı layihələr həyata keçirməkdə bir-birini ötməyə çalışırlar.

Səliqəli Korniş bulvarı kafe, restoran, mağaza, uşaq meydançaları, müxtəlif velosiped və piyada yolları, gözəl parklarla doludur. Bir neçə ticarət mərkəzi, o cümlədən “Abu Dhabi Mall” Kornişin lap yaxınlığındadır. Axşam saatları alış-veriş üçün ən münasib vaxtdır. Alış-veriş Abu Dabinin bir növ milli məşğuliyyətidir. Bu da təəccüblü deyildir: içərisində kondisionerlər işləyən ticarət mərkəzləri gec saatlara qədər - ən azı saat 23.00-dək açıq olur. Belə mərkəzlərdə lüks səviyyəli dəbdəbəli butiklərdən, demokratik brendlərin mağazalarından, ətriyyat, xalça və qab-qacaqdan tutmuş ədva və yeyinti məhsullarınadək hər şey tapmaq olar. “Abu Dhabi Mall” ticarət mərkəzinə hər gün 40 mindən çox adam gəlir. Odur ki, bu mərkəz sadəcə alış-veriş məkanı deyildir. Burada 200-dən çox mağaza ilə yanaşı, restoranlar, uşaq meydançası və “Cineplex” kinokompleksi yerləşir.

Ertəsi gün biz Abu Dabinin ən diqqətəlayiq və möhtəşəm məkanlarından birinə - bəyaz Şeyx Zayed məscidinə getdik. Eyni vaxtda təqribən 40 min adamı bir araya gətirən bu arxitektura möcüzəsinin 40 günbəzi, mindən çox sütunu, qızıl suyuna çəkilmiş, “Swarovski” daşları ilə bəzədilmiş çilçıraqları var. Dünyanın əllə toxunmuş ən böyük xalçası da buradadır. Şeyx Zayed məscidi yeganə məsciddir ki, başqa dinlərin nümayəndələrinin bura ekskursiyaya etməsinə icazə verilir. Məscidin girişində müsafirlərə bədənin açıq hissələrini örtən müvafiq libaslar verilir. Burada bələdçi tutmaq da olar. O, məscidin tikintisi barədə maraqlı faktlar danışır, İslam dininin əsasları ilə tanış edir. Şəhər hakimiyyət orqanlarının fikrincə, məsciddə bütün arzu edənlər üçün ekskursiyalar İslamın sülh və xeyirxahlıq dini kimi qəbul edilməsinə kömək edir. Həqiqətən də bu məscidə ilk dəfə gələn turistlərin heyran baxışlarını, onların bələdçilərin hər sözünə diqqət kəsilmələrini görəndə başa düşürsən ki, İslama maraq məhz maarifləndirmə yolu ilə yarana bilər.

 

Macəralar adası

Abu Dabi Saadiyat, Yas, Al-Marya, Rim, Nuray və s. kimi onlarca ada ilə əhatələnmiş adada yerləşir. Bu adaların ikisi - Saadiyat və Yas hazırda əsl əyləncə mərkəzlərinə çevrilib. Məsələn, maşınla paytaxtın mərkəzindən bir neçə dəqiqəlik yolda - Saadiyat adasında regionda ilk çimərlik qolf-klubu fəaliyyət göstərir, “Luvr” (Paris) və Quqqenhaym (ABŞ) muzeylərinin filialları açılışa hazırlanır. Attraksion parkları və əyləncəli şopinq imkanları olan Yas adası ailəvi istirahətin istinadgahı kimi şöhrət qazanıb. Biz də ora yollandıq. 

Abu Dabinin mərkəzindən Yas adasına avtobusla və ya avtomobillə 25-30 dəqiqəyə getmək olar. Avtobusla getsəniz, əvvəlcədən gediş kartı alın: gediş kartları mərkəzi avtovağzalda və bir neçə dayanacaqda qoyulmuş avtomatlarda satılır. Kartınız olmasa, gediş haqqını ödəyə bilməyəcəksiniz, çünki sürücülər nağd pul götürmürlər.

Adaya getməyin daha bir yolu pulsuz avtobuslardır: demək olar, bütün otellər öz müsafirlərini Abu Dabinin məşhur görməli yerlərinə, o cümlədən Yas adaşına çatdırmaq üçün avtobuslar təşkil edir. Bunun üçün sadəcə qaldığınız mehmanxananın qəbul otağında avtobusların hərəkət cədvəlini dəqiqləşdirməlisiniz.

İlk növbədə möhtəşəm “Yas Waterworld” akvaparkına yollandıq. Bu akvapark təqribən 15 futbol meydanına bərabər ərazidə yerləşir. Buradakı 43 attraksionun beşinin dünyada analoqu yoxdur. Futuristik akvaparka gələnlər 238 metr hündürlüyündə “tornado” deyilən və 6 nəfər üçün nəzərdə tutulan dünyada ilk hidromaqnit su attraksionunda sürüşə bilərlər. Adrenalin həvəskarlarını “Bubble’s Barrel” attraksionunun üç metrlik dalğaları gözləyir. Bu attraksion floubort və bodibort üçün dünyada ən hündür süni dalğalar da təklif edir. 550 metrlik “Bandit Bomber” təpəcik attraksionu dünyada su və işıq effektləri olan ilk “Amerika təpəcikləri” attraksionudur. Attraksionun müsafirləri su toplarından hədəfə atəş aça, su bombaları buraxa və işıq effektlərini işə sala bilərlər. Aşağıda dayanan tamaşaçılar isə onları “yaxşıca çimizdirə” bilərlər. Amma “Liwa Loop” attraksionu lap yaddaqalan oldu. Bu attraksion bir növ liftə bənzəyir. Ayağınızın altındakı döşəmə uçur və siz boru ilə sürüşərək aşağı düşürsünüz və açıq havaya çıxırsınız. Son dərəcə maraqlıdır.

Akvapark müsafirləri Abu Dabinin ənənələri ilə də tanış edir. Belə attraksionlar “İtirilmiş inci” adı altında birləşib. Parkda, həmçinin ənənəvi bazar, mirvari axtarışına həsr olunmuş sərgi, habelə restoranlar var.

Yas adası Formula-1 Abu Dabi Qran-prisinin keçirildiyi yer kimi də məşhurdur. Tribunaların qarşısından güllə kimi keçən bolidlərin uğultusu yaxın vaxtlardan etibarən biz bakılıları artıq təəccübləndirmir. Amma bərk sürətlə yürüşlərin ehtirasını hiss etməyimiz üçün hələlik heç bir imkanınız yoxdur. Odur ki, fürsəti əldən verməyib, “Ferrari World” attraksionlar parkına getməyi qərara aldıq. Bu, dünyada “Ferrari”yə həsr olunmuş ilk tematik park və bu qəbildən ən böyük əyləncə məkanıdır. İyirmidən çox təpəcik və digər attraksionlar, interaktiv şopinq və əsl italyan mətbəxi sizi əyləncəli şəkildə “Ferrari” dünyası ilə tanış edir. Bu parkda da favoritimiz oldu: maksimum sürəti saatda 240 kilometrə çatan “Formula Rossa” Amerika təpəciyi attraksionu. Daha bir yeni təpəcik attraksionunu - “Ferrari” avtomobillərini sınaqdan çıxaran pilotun yerində olmaq imkanı verən “Turbo Track” attraksionunu da qeyd etmək istəyirik: sizin üçün kəskin hisslər təmin olunub.

Nəhayət, böyüklüyünə görə BƏƏ-də ikinci, Abu Dabidə birinci olan “Yas Mall” ticarət mərkəzi də Yas adasında yerləşir. Günü bitirməyin ən yaxşı yolu ticarət mərkəzində gəzişərək, onun restoranlarından birində istirahət etməkdir.

 

Şahin qayğıları

Şahin ovunun yaşı 2 min ildən çoxdur. Şahinlə ova çıxmaq bu yerlərin sakinlərinin həmişə sevimli məşğuliyyəti olub. Şahin həm də bu ölkənin rəmzidir. Təsadüfi deyildir ki, dünyada quşlar üçün ən böyük və ən yaxşı təchiz edilmiş Şahin hospitalı da məhz BƏƏ-nin paytaxtı Abu Dabidə yerləşir. Hərçənd hazırda Abu Dabidə ov qadağan edilib. Amma şahinlərə sevgi Əmirlik sakinləri arasında əvvəlki kimi güclüdür. Onların bir çoxu öz malikanələrində təlim keçmiş şahinlər saxlayır, lazım gəldikdə ov etmək üçün başqa ölkələrə yollanırlar. 

Hospital quşlar üçün təkcə xəstəxana deyil, həm də özünəməxsus otel funksiyasını yerinə yetirir. Sahibləri quşları bura gətirir və mütəxəssislərin ixtiyarına verirlər. Maraqlıdır ki, bu qeyri-adi klinika ekskursiyalar üçün açıqdır. Klinikaya gələnlər quşların saxlanıldığı dəbdəbəli palatalarla tanış olur, quşlara qulluq və onların bəslənməsi prosedurlarına tamaşa edirlər. Abu Dabi aeroportunun yaxınlığında yerləşən klinikaya getmək üçün hələlik yalnız taksi xidmətindən istifadə etmək olar. Biz də belə etdik.

Müsafirlərə əvvəlcə prosedurlar nümayiş etdirilir. Azad yaşamaq imkanından məhrum edilmiş şahinlərin caynaqları və dimdikləri çox böyüyür. Quşları müvafiq formada saxlamaq üçün mütəxəssis köməyi tələb olunur. Əvvəlcə şahinə ümumi narkoz verilir. Sonra həkim xüsusi alətlə quşun caynaqlarını səliqəyə salır, dərinin ölmüş sahələrini kənarlaşdırır. Bu prosedur manikürü xatırladır. Daha sonra şahinin pəncələrinə krem çəkib masaj edirlər. Quşun dimdiyini də eyni üsulla səliqəyə salırlar.

Şahinlər uçan zaman onların manevr etməsində quyruq lələkləri və iri lələklər böyük rol oynayır. Klinikada quşların itirilmiş lələklərini bərpa etmək üçün prosedurlar da aparılır. Daha ciddi əməliyyatlar üçün yüksək səviyyədə təchiz edilmiş cərrahiyyə bölməsi nəzərdə tutulub.

Şahinlərin necə bəsləndiyini müşahidə etmək və ələ öyrədilmiş bu quşlarla xatirə şəkilləri çəkdirmək müsafirlər üçün həmişə maraqlıdır.

Turistlər şahin muzeyinə və quşların sərbəst uçduğu əraziyə də gedə bilərlər. Abu Dabinin Şahin hospitalı bütün dünyada şöhrət qazanıb. Bunu şöhrət salonunda çoxsaylı mükafatlar və bu unikal məkanda olmuş fəxri qonaqların fotoşəkilləri də təsdiq edir.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr