ADPU-da Novruz bayramı şənliyi keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruzun gəlişinə həsr olunmuş “Yurduma ilk bahar gəlir” adlı bayram şənliyi keçirilib.
ADPU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bayram şənliyində universitetin rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
Bədii hissə ilə başlayan tədbirdə “Arşın mal alan” filmindən “Toy” səhnəciyi və “Keçəlin toyu” səhnəciyi təqdim edilib.
ADPU THİK rəqs qrupunun müxtəlif nömrələri, Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Dilarə Abdullazadə, Kimya və biologiya fakültəsinin III kurs tələbəsi Fəridə Əliyeva, eləcə də Universitetin məzunu Nəzrin Hüseynovanın, “Aynabənd” qrupu və İlkin Fəridin ifaları tədbirə xüsusi rəng qatıb. Kosa ilə Keçəlin sərgüzəştləri tələbə və müəllimlərə şən anlar bəxş edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]
Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]