AFFA-da Məşqçilər Komitəsi ilə görüş keçirilib
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və texniki direktor Bernhard Lippert də iştirak edib.
Görüşdə 1998, 1999, 2000 və 2001-ci il təvəllüdlü futbolçuların perspektivi, inkişaf prosesinin düzgün istiqamətləndirilməsi barədə fikir mübadiləsi aparılıb. On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatındakı çıxışı müzakirə olunub. Görüş iştirakçıları yığmanın qarşısına qoyulan məqsədin əldə olunmamasına baxmayaraq, qrup mərhələsinin son iki oyununda qazanılmış nəticənin qənaətbəxş olduğunu bildiriblər.
Qeyd edək ki, yığma komanda Avropa çempionatında qrup mərhələsini dörd xalla üçüncü pillədə başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]