Afina yaxınlığında meşə yanğınları ilə mübarizə davam edir
Afina, 12 avqust, AZƏRTAC
Afinada və yaxınlıqda davam edən meşə yanğınlarının söndürülməsinə 17 təyyarə və 15 helikopter, 177 yanğınsöndürən avtomobil və 560 nəfər şəxsi heyət, həmçinin 16 xilasedici qrup cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə yanğınsöndürmə idarəsinin sözçüsü Nikos Pastras bildirib.
Qeyd edilib ki, yanğın bir çox evi külə döndərib. Yanğının elektrik naqillərinin zədələnməsi səbəbindən baş verdiyi istisna edilmir.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis yanğınlarla əlaqədar yaranmış çətin vəziyyətə görə tətilini yarımçıq qoyub və təcili olaraq paytaxta qayıdıb.
Sakinlərin təhlükəsizliyini təmin etmək üçün Afinadakı Olimpiya İdman Kompleksi hazır vəziyyətə gətirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]