Ağcabədi taxılçıları zəmilərdən 154 min tondan çox məhsul toplayıblar
Ağcabədi, 13 avqust, AZƏRTAC
Respublikanın ən böyük taxılçılıq rayonlarından olan Ağcabədidə yüksək məhsuldarlığa nail olunub.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş mütəxəssisi Ramiz Quluzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2025-ci ildə rayonda 34 min 749,9 hektar sahədə taxıl becərilib. Onun 20 min 971,7 hektarı buğda, 13 min 776,2 hektarı dən üçün arpadır. Ağcabədili fermer və torpaq mülkiyyətçiləri zəmilərdən 154 min 314 ton məhsul əldə ediblər. Toplanmış məhsulun 100 min 192 tonu buğda, 54 min 122 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 44,4 sentner, o cümlədən buğda sahələrində 47,8 sentner, arpa sahələrində isə 39,3 sentnerdir.
Hazırda rayonun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpini üçün yay şumunun qaldırılması davam edir. İndiyədək təsərrüfatlarda 27 min hektar sahədə şum aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]