Ağcabədidə onlayn narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb
Ağcabədi, 21 may, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində onlayn formada narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində onlayn şəkildə narkotik vasitələri satmaqda şübhəli bilinən Qubadlı rayon sakini Şamil Məhərrəmov saxlanılıb. Onun üzərinə və əlindəki çantaya baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.