Ağdam sakini: Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsın
Bakı, 20may, AZƏRTAC
“Böyük Qayıdış”ın Ağdam salnaməsi davam etməkdədir. Sevinc, qürur, fəxr hissi ilə keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına, el-obalarına qayıdır”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köçkün, Ağdam sakini Allahverdiyeva Tavat söyləyib.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tarixi qələbə qazandı, torpaqlarımızı işğaldan azad etdi. Bizə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarıq”,- deyə A.Tavat bildirib.
O qeyd edib ki, işğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan tarixi abidələrimiz bərpa olunur. Bundan sonrakı ömrünü doğulub boya-başa çatdığı yerdə yaşamaq istədiyini və ailəsi ilə birgə getdiyini vurğulayıb.
Ağdam sakini torpaqlarımızın azad olunmasında əməyi olan Azərbaycan Ordusuna təşəkkür edib, qazilərə şəfa, şəhidlərə rəhmət diləyib.
Bildirib ki, 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə yüksələn bir neçə yaxınları da var.