Ağdamda baş verən partlayışla bağlı rayon prokurorluğunda araşdırma aparılır
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Ağdam rayonunun Sarıcalı kəndi ərazisində bir nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Ağdam Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Bildirilib ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:13]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [17:24]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [16:41]