AĞDAŞDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SPARTAKİADA KEÇİRİLİR
Ağdaş, 7 may (AZƏRTAC). Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Ağdaşda yeniyetmələrin IV Ümumrayon spartakiadası başlanmışdır.
Əvvəlcə ulu öndərin rayon mərkəzindəki abidəsi ziyarət edilmiş, önünə əklil və gül-çiçək dəstələri qoyulmuşdur.
Şəhər stadionunda keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Mütalib Həsənov, rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirilməsindən, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından danışmışlar.
Məlumat verilmişdir ki, spartakiadada ağdaşlı gənclər idmanın futbol, voleybol, sərbəst güləş, karate, boks, taekvondo, kross, şahmat, dama, atletika, stolüstü tennis, güllə atıcılığı və armlestinq üzrə birinciliklərdə qüvvələrini sınayacaqlar.
Yarışlarda 2000-dən artıq idmançı oğlan və qız iştirak edir. Birinciliklər Heydər Əliyev parkında, şəhər stadionunda, müxtəlif idman klubları və cəmiyyətlərində keçirilir.
Spartakiada mayın 9-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]