Ağsuda vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verib
Ağsu, 17 iyun, AZƏRTAC
Ağsu rayonunun Gəgəli kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, yanğın həyətyanı sahədə toplanmış ot bağlamasında baş verib. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb və qısa zamanda söndürülüb. Yanğın nəticəsində kənd sakininə məxsus 500 ədəd ot bağlaması yanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [16:34]
Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub
- 14.10.2026 [15:32]