Ahmet Yener: Azərbaycanlı qardaşlarımızın parlament seçkilərinə marağının böyük olması məni sevindirdi
Bakı, 1 sentyabr, AZƏRTAC
"İkinci dəfədir seçkilərdə müşahidəçi qismində iştirak edirəm. Daha əvvəl prezident seçkilərində bu vəzifəni yerinə yetirmişdim".
Bu sözləri AZƏRTAC-a açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 15 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən Türkiyə Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yener deyib.
O bildirib ki, seçki prosesində şəffaflıq müşahidə edilir: “Bu gün böyük gündür. Can Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 30 ildən sonra ilk dəfə parlament seçkiləri keçirilir. Prosesin qaydalara uyğun aparılması və azərbaycanlı qardaşlarımızın seçkilərə marağının böyük olması məni sevindirdi. Burada insanların rahat səs verməsi üçün yaxşı şərait yaradılıb. Seçkilər Azərbaycan və Türk dünyası üçün xeyirli olsun".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir
- 14.10.2026 [16:43]
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
- 14.10.2026 [16:18]